Icma.az
close
up
RU
Portuqaliyalı Juninyonun “Sevilya”ya mümkün keçidi haqda: “Avropanın istənilən liqasına uyğunlaşa bilər” İdmanXəbər

Portuqaliyalı Juninyonun “Sevilya”ya mümkün keçidi haqda: “Avropanın istənilən liqasına uyğunlaşa bilər” İdmanXəbər

Portuqaliyanın “Çavez” klubunda Juninyonun baş məşqçisi olmuş  Vitor Kampelos sabiq futbolçusu ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Estadio Deportivo”ya açıqlama verən çalışdırıcı braziliyalı hücumçunun “Sevilya”ya faydalı ola biləcəyini bildirib:

“Juninyo son dərəcə sürətli və əla bitiricidir. Bu keyfiyyəti ilə Avropanın istənilən liqasına uyğunlaşa bilər.

Bəzən oyunçular, bu və ya digər səbəbdən sonradan daha üstün oyun nümayiş etdirirlər. Juninyonun 28 yaşı var və o, indi daha yetkindir. “Sevilya” azarkeşlərinə çoxlu sevinc bəxş edə bilər.

Juninyoda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. O, hücumun dərinliklərində çox güclü və sürətli olmaqla yanaşı, komanda oyununu da yaxşı bacarır”. 

seeBaxış sayı:106
embedMənbə:https://idmanxeber.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri