Icma.az
close
up
RU
Postmüharibə dövründə Azərbaycan: Böyük Qayıdış və humanitar inkişaf perspektivləri

Postmüharibə dövründə Azərbaycan: Böyük Qayıdış və humanitar inkişaf perspektivləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

25 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəmizin yeni tarixi mərhələsini – postmüharibə bərpa dövrünü və Böyük Qayıdış proqramını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısının nitqində əsas vurğulardan biri Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfərdən sonra başladığı genişmiqyaslı bərpa, quruculuq və humanitar layihələr oldu. Bu çıxış yalnız Azərbaycanın daxili siyasətində deyil, həm də beynəlxalq miqyasda humanitar inkişaf modelinin nümayişi kimi qəbul edildi.

30 illik işğaldan azad edilmiş torpaqların dirçəlişi

Prezident İlham Əliyev nitqində xatırlatdı ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan əraziləri tamamilə dağıdılmış, şəhər və kəndlər yerlə-yeksan edilmişdir. Füzuli, Cəbrayıl, Ağdam, Laçın və digər rayonların talan edilməsi, mədəni və tarixi irsin məhv edilməsi insanlıq əleyhinə cinayətlərin nümunəsi idi. Dövlət başçısının sözləri ilə desək, Azərbaycan indi “sıfırdan yeni həyat qurur”.

Bu reallıq fonunda həyata keçirilən bərpa işləri yalnız infrastrukturun deyil, həm də sosial ədalətin bərpası deməkdir. Çünki 30 il ərzində məcburi köçkün həyatı yaşayan bir milyon azərbaycanlının doğma torpaqlara qayıtması həm tarixi ədalətin təntənəsidir, həm də beynəlxalq humanitar dəyərlərin real tətbiqidir.

Böyük Qayıdış proqramı: İnsan mərkəzli siyasət

Prezident İlham Əliyevin nitqində xüsusi vurğulanan məqam Böyük Qayıdış proqramıdır. Bu proqram çərçivəsində artıq azad olunmuş torpaqlarda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir yaşayış məntəqələri inşa edilir. Zəngilanın Ağalı kəndi buna bariz nümunədir.

Dövlət başçısının çıxışında qeyd olundu ki, Azərbaycan Böyük Qayıdışı təkcə məcburi köçkünlərin geri dönüşü kimi deyil, həm də dayanıqlı inkişaf modeli kimi təqdim edir. Bu, həm sosial bərabərliyin təmin edilməsi, həm də ekoloji baxımdan yaşıl enerji zonalarının yaradılması ilə xarakterizə olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi həm də Azərbaycanın qlobal iqlim gündəminə verdiyi töhfədir.

Humanitar məsələlər və beynəlxalq əməkdaşlıq

Prezident İlham Əliyev BMT tribunasından bəyan etdi ki, Azərbaycan postmüharibə mərhələsində humanitar məsələlərə prioritet verir. Bu, ilk növbədə insanların təhlükəsiz qayıdışını təmin etmək məqsədilə mina təmizləmə işlərinin genişləndirilməsi ilə bağlıdır. Ermənistanın on minlərlə mina basdırması Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalır.

Dövlət başçısı beynəlxalq ictimaiyyəti mina təmizləmə fəaliyyətində Azərbaycana dəstək verməyə çağırdı. Bu, yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün humanitar məsələdir. Çünki münaqişədən sonrakı dövrdə təhlükəsizlik və insan hüquqlarının qorunması beynəlxalq əməkdaşlıq tələb edir.

Sülh, bərpa və humanitar dəyərlər

Prezident İlham Əliyevin çıxışında diqqətçəkən digər məqam Azərbaycanın sülh gündəliyinə sadiqliyidir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi regionda yeni reallıq yaradıb. Bu reallıq təkcə hərbi-siyasi qələbə deyil, həm də humanitar qələbədir.

Çıxışda vurğulandığı kimi, Böyük Qayıdış sadəcə insanların evlərinə qayıtması deyil, həm də onların ləyaqətlə yaşamasını təmin etməkdir. Bu proses humanitar dəyərlərin üstünlüyünü nümayiş etdirir və beynəlxalq hüquqla tam uyğunluq təşkil edir.

Qlobal mesaj və Azərbaycanın rolu

Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı nitqi ilə bir daha göstərdi ki, Azərbaycan postmüharibə dövrünü yalnız milli çərçivədə deyil, qlobal humanitar kontekstdə təqdim edir. Azərbaycanın təcrübəsi bütün dünyaya mesaj verir: işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, insanların öz doğma yurdlarına ləyaqətlə dönməsi və beynəlxalq hüququn bərqərar olması mümkündür.

Bu, həm də BMT-nin əsas dəyərlərinə – sülhə, insan hüquqlarına və humanitar əməkdaşlığa real töhfədir.

Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yeni inkişaf mərhələsinin konturlarını nümayiş etdirdi. Postmüharibə bərpa prosesi, Böyük Qayıdış proqramı və humanitar təşəbbüslər Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülhə və sabitliyə verdiyi töhfələrin bariz nümunəsidir.

Azərbaycan yalnız öz vətəndaşlarının deyil, bütün dünyanın humanitar dəyərlərinin qorunması və inkişafı üçün mühüm bir model təqdim edir.

Azər Əhmədov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədri,

“Respublika Pediatriya Mərkəzi” PHŞ-in direktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri