Postsovet ölkəsindən şok qərar: Rusların bu hüququ əllərindən alındı
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Estoniya prezidenti Alar Karis Konstitusiyaya respublikada daimi yaşayan Rusiya və Belarus vətəndaşlarının yerli seçkilərdə iştirakını istisna edən düzəlişləri imzalayıb.
Turkustan.az xəbər verir ki, martın 26-da parlamentin təxirəsalınmaz əsaslarla qəbul etdiyi müvafiq qanun dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minib.
Prezident Aparatından bildirilib ki, yeni müddəalara əsasən, oktyabrın 19-da keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərdə yalnız Estoniya və Aİ ölkələrinin vətəndaşları səsvermə hüququnu saxlayacaqlar.
Karis belə bir qərarın qanuna tam uyğun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qərar kimsəni ictimai həyatdan kənarlaşdırmaq və ya hər kəsdə təhlükə görmək istəyi kimi qiymətləndirilməməlidir.
Vətəndaşlığı olmayan şəxslər üçün bu seçkilər onların səs verə biləcəkləri sonuncu seçki olacaq - növbəti seçki kampaniyalarından başlayaraq bu hüquq ləğv ediləcək./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Aprel 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















