Praqada AZAL ın təyyarəsinə qarşı təxribat Qara maskalılar və polis hadisə yerinə gəldi
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 5-də Praqa-Bakı reysini hıyata keçirəcək Azərbaycan Hava Yollarına məxsus təyyarənin trapında insident yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Çexiyanın paytaxtı Praqada yaşayan azərbaycanlı Mətanət Əzizova özünün sosial şəbəkə hesabında məlumat verib.
Onun bildirdiyinə görə bir nəfər qeydiyyatdan keçmədən, qanunsuz şəkildə hava gəmisinə minmək istəyib. Sitat:
“Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi yoxlamadan keçmədən qanunsuz trapa daxil olub və təyyarə tərəfə getdi. Hay-küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək idi.
Umumi onu dayandırmaq üçün 30 dəq ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, 10-a yaxın qara maskalı cəlb olundu, sonra itlər, xususi qurğular və s”.
M.Əzizova bildirib ki, həmin şəxs zərərsizləşdirilib.
Əsas mövzu isə bu deyil.
“Əsas, bilirsiniz kim birinci cinayətkarın qarşına çıxdı? Kim onu təyyarəyə girməyə qoymadı?
AZAL-ın təyyarə bələdçisi. Baxmayaraq ki, ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, əməlli başlı “бой без правил” (qaydasız döyüş- red.) idi, inanırsınız, polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi təyyarəyə girsin.
Bunu niyə yazdım?
AZAL-dan xaiş etmək istəyirəm bu günkü reysdə işləyən hər kəs mükafatlandırılsın. Əsas da o qarabuğdayı qəhrəmanımız.
Öncədən təşəkkürlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 06 Yanvar 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















