Icma.az
close
up
RU
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi

Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Praqa, 2 aprel, AZƏRTAC

Pasxa bayramı ərəfəsində Praqada 98 illik tarixi olan Çexoslovakiya Xarici Ölkələr İnstitutunun tarixi zallarında “Ana təbiətin dördüncü elementi: Novruz və Pasxa kuklaların gözü ilə” adlı sərgi keçirilib. Tədbir Praqada “Azərbaycan Mədəniyyət Evi” layihəsini həyata keçirən Çexiyanın “Natəvan” cəmiyyəti tərəfindən ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərginin təşəbbüskarı və konsepsiya müəllifi Azərbaycan, Çexiya və Slovakiya Yazıçılar birliklərinin üzvü, Praqada “Azərbaycan Mədəniyyət Evi” layihəsinin direktoru, şair və dramaturq Leyla Bəyim olub. O, həm də sərginin kuratorudur.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, azərbaycanlı rəssam Vəfa Aşumova və Praqa Kukla Klubunun prezidenti Monika Jilkovanın əsərləri bir araya gətirilib. Nümayiş olunan sənət kuklaları təbiətin dörd elementini - su, külək, od və torpağı təcəssüm etdirir, yenilənmə və yenidən doğuşun universal təsvirlərini simvolizə edir.

Sərginin daha bir mühüm xüsusiyyəti “canlanan” kuklaların Azərbaycan və Çexiya Respublikasında baharın gəlişini qeyd etmək ənənələri arasındakı oxşarlıqlardan bəhs etdiyi yeddidəqiqəlik animasiya olub. Ssenari Leyla Bəyim tərəfindən qələmə alınıb. Quruluş isə Azərbaycan aktyoru və rejissoru Maqsud Məmmədova məxsusdur. O, layihəni süni intellekt texnologiyasından istifadə edərək həyata keçirib.

Sərgini Çexoslovakiya Xarici Ölkələr İnstitutunun sədri Hana Hlavaçkova açıb. O, qonaqları salamlayıb, qurumun tarixi və fəaliyyəti haqqında danışıb.

Leyla Bəyim çıxışında iki xalqın bahar ayinləri arasındakı mədəni oxşarlıqları vurğulayıb: “Bəzən ənənələr hətta zahirən də üst-üstə düşür: “səməni” və “osenya” çiçəklərinin becərilməsi, tonqal ətrafında keçirilən ayinlər mahiyyət etibarilə eyni mənanı daşıyır - təmizlənmə, yenilənmə və təbiətin həyat mənbəyi kimi qəbul edilməsi”.

Bədii kukla ustaları Vəfa Aşumova və Monika Jilkova qonaqlara yaradıcılıq yolları və əsərlərinin yaradılmasının xüsusiyyətləri barədə danışıblar.

Animasiya nümayişi və sərgi ilə tanışlıqdan sonra qonaqlar ənənəvi Novruz və Pasxa şirniyyatları süfrəsi ətrafında qeyri-rəsmi söhbətlərini davam etdiriblər.

Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyevin dəvəti ilə Vatikan və Qazaxıstan səfirləri, Türkiyə səfirliyinin, Çexiya Mədəniyyət Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də çex ziyalıları və Azərbaycan diasporunun nümayəndələri sərgiyə qatılıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri