Icma.az
close
up
RU
Praqalılar 1945 ci il mayın 5 də baş vermiş üsyanın ildönümünə hazırlaşırlar

Praqalılar 1945 ci il mayın 5 də baş vermiş üsyanın ildönümünə hazırlaşırlar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Praqa, 1 may, AZƏRTAC

Mayın 5-də, 80 il əvvəl 1945-ci ildə Praqa üsyanı zamanı ilk barrikadanın qurulduğu Milli Teatrda həmin günlərin hadisələrinə həsr olunmuş tədbir keçiriləcək. 1945-ci il mayın 5-də günorta saatlarında çexlər Milli Teatr binasının qarşısında ilk barrikadaları qurmuşdular.

AZƏRTAC xəbər verir ki, gələn bazar ertəsi tarixi teatr binası ilə “Slaviya” kafesi arasında İkinci Dünya Müharibəsinin sonlarında baş vermiş dramatik hadisələri simvolizə edən rəmzi barrikada yaradılacaq. Tədbirdə Praqanın meri Boquslav Svoboda və ictimai xadimlər çıxış edəcəklər.

Axşam saatlarında “Musteq - Soslovnıy Teatrı - Jelezna küçəsi - Staromestskaya ratuşa” marşrutu üzrə yürüş təşkil olunacaq, sonra proqram Praqa Şəhər Muzeyində davam etdiriləcək.

Milli Teatrın qarşısındakı meydanda saat 17:00-da əlavə tədbir proqramına start veriləcək.

Vaçlav Qavel meydanında “Protektorat əsarətində Milli Teatr” adlı geniş sərgi təşkil olunacaq. Gün ərzində burada məktəblilər üçün maarifləndirici proqram da keçiriləcək.

İkinci dünya müharibəsinin başa çatmasının ildönümü münasibətilə sərginin müəllifləri ilə iki ekskursiya da keçiriləcək. Burada Çexiyanın Milli Texniki Muzeyinin eksponatları, o cümlədən işğal dövründə Çexoslovakiya hökumətinin baş naziri olmuş general Aloiz Eliyaşın idarə etdiyi “Z-5 Express” minik avtomobili və “Silver A” müqavimət qrupunun paraşütçüləri üçün həlledici rol oynamış “Libuşe” radiostansiyası nümayiş olunacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri