Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Premyer Liqada daim oynayan gənclərimizin sayı çox azdır” Müsahibə

“Premyer Liqada daim oynayan gənclərimizin sayı çox azdır” Müsahibə

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bildiyimiz kimi, mart ayının 14-də "Şamaxı" Futbol Klubun çalışdırıcısı Ayxan Abbasovun Azərbaycan U-21 millisinin baş məşqçisi təyin olunduğu açıqlanıb. Karyerası ərzində "Zirə", "Sumqayı" və "Turan Tovuz"da da işləmiş mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Azərbaycan U-21 millisi Ayxan Abbasovun rəhbərliyi altında ilk matçını Antalya toplanışı çərçivəsində martın 22-də Moldovaya qarşı keçirib və 2:0 hesablı qələbə qazanıb. Yığmamız 2-ci görüşündə (25 mart) isə Şimali Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb. 

A.Abbasovun yalnız U-21 ilə uğurlu startı yox, həmçinin seleksiya xarakterli işləri də nəzərə çarpır. Belə ki, onun tez-tez 1-ci liqanın və Əvəzedicilər liqasının oyunlarını izləməyi, yeni futbolçular axtarışında olmağı diqqətdən yayınmayıb.

Bugünkü həmsöhbətimiz də məhz U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovdur. 

- Ayxan bəy, əvvəlcə 1-ci liqada və Əvəzedicilər liqasında çıxış edən futblçuları izləməyinizdən danışaq...

- Həm Əvəzedicilər Liqasının, həm də 1-ci liqanın da matçlarını diqqətdə saxlayırıq. Əlbəttə, Premyer Liqada futbolçular daha çox meydançada olurlar. Çalışıram ki, onları da izləyim. Əvəzedici komandaların heyətlərində daha çox futbolçu var. Yalnız 2004-cü və 2005-ci il təvəllüdlü oyunçulara yox, 2006-cı və 2007-ci il təvəllüdlü futbolçulara da baxırıq. Onlar bizim gələcəyimizdir. İstəyirik ki, potensiallı gəncləri U-21 yığmamıza dəvət edək. Çünki yaya qədər vaxtımız var. Son 5 turda həm Premyer Liqanın, həm də 1-ci liqanın oyunlarını izləyəcəyik. Hətta deyərdim ki, 2-ci liqada da bəzi maçtlara baxmışıq. Köməkçilərim izləyiblər. Çünki elə futbolçular var ki, ötən mövsüm 1-ci liqada çıxış ediblər, bu il isə 2-ci liqadadırlar. Əlbəttə, seleksiya aparılacaq. Sentyabr ayınadək davam edəcəyik. Çünki sentyabr ayında rəsmi oyunlarımız başlayır. Həmin vaxtadək də oyunlarımız olacaq. 

- İzlədiyiniz çempionatlarda U-21 millimizdə çıxış edə biləcək yeni futbolçular varmı?

- Bəli, əvəzedici heyətlərdə U-21 millimizə namizəd futbolçular var. Növbəti toplanışda da millidə yeni adlar olacaq. Elə futbolçular var ki, onları hər tur izləyirik, siyahımızdadırlar. İnanıram ki, yeni futbolçular üzə çıxara biləcəyik. Bütün namizədləri nəzarətdə saxlamağa çalışırıq. U-21 millimizin formasını geyinmək üçün buna layiq olmaq lazımdır. Biz də istəyirik ki, futbolçular bunu başa düşsünlər, sağlam rəqabət olsun.

- Millimizin hazırkı heyəti sizi qane edirmi? 

- İstəyərdim ki, hazırkı heyətimizdəki futbolçuların daha çoxu Premyer Liqada forma geyinsin. Baxanda görürük ki, daim oynayanların sayı çox azdır. "Şamaxı"da Rüfət Abbasov və Edqar Adilxanovdur. "Sumqayıt"da isə Ayxan Süleymanlıdır. Digərləri mütəmadi oynamırlar. 1-ci liqada da vəziyyət belədir. Belə deyək, futbolçular Premyer Liqa heyətləri ilə məşq edirlər. amma əvəzedici komandada praktika keçirlər. Çox istəyirik ki, futbolçuların oyun praktikası olsun. Əvəzedici heyətdə olsa belə... Bəzi futbolçular var ki, böyük potensialları var, amma ayda cəmi 5-10 dəqiqə meydana çıxırlar. Bu da bizi düşündürür. Belə davam edərsə, məcburuq  ki, onların əvəzinə daha gənc futbolçuları sınayaq. Çünki 1 il oynamayan futbolçu əlbəttə ki, inkişaf edə bilməz. Futbolçular da çox fikirləşməlidirlər. 1-ci liqada vəziyyət daha çətin olur. Çünki həmin klubların əvəzedici heyətləri yoxdur. Futbolçu əsas heyətə düşməyəndə demək olar ki, oyun təcrübəsi olmur. Premyer Liqada daha yaxşıdır ki, əsas heyətə düşməyəndə əvəzedici heyətə gedirlər. Bəzən də görürük ki, məşqçilər nə əsas heyətdə şans verirlər, nə də əvəzedici heyətə göndərirlər. Təbii ki, futbolçuların inkişafını da fikirləşməliyik. Mən də Premyer Liqada çalışıram. Amma inanın ki, futbolçular sırf oyun praktikaları olsun deyə, heç olmasa, ayda 2 dəfə əvəzedici heyətdə meydana çıxırlar. Bəlkə də daha çox oynayırlar. Bu yöndə bəzi məşqçilərdən kömək istəyəcəyik.

- Bəs gənc futbolçuların az oyun şansı almasının səbəbi nədir? 

- Burada məsələni təkcə futbolçuların üzərinə atmaq olmaz. Biz akademiyalarda işi möhkəmləndirməliyik, daha geniş yanaşmalıyıq. Akademiyaların şəraiti yaxşılaşmalıdır. Çünki biz hər şeyi futbolçuların üzərinə atırıq, amma onların inkişaf etdikləri vaxtda lazım olan hər şeyi verə bilmirik. Bu gün sevinirəm ki, bəzi akademiyalarımızın aşağı yaş qrupları turnirlərə qatılırlar. Bu yaxınlarda "Qarabağ" və "Sabah"ın komandalarının beynəlxalq turnirə qatıldıqlarını gördüm. Bu, daha çox olmalıdır. Çünki futbolçular təkcə milli komanda ilə səfərlərə getməməlidirlər. Klublar da belə səfərləri təşkil etməlidirlər. Bu futbolçular ildə ən az 4-5 turnirə qatılsalar, həqiqətən də başqa cür olacaqlar. Ən böyük problemimiz uşaqların keçid dövrü olan vaxtlardır. Çox futbolçu itiririk. Sırf bu baxımdan mütəxəssislər yetişməlidir. Məşqçi yalnız məşq keçməklə kifayətlənməməlidir. Aşağı yaş qruplarındakı məşqçilərin pedaqoq olmaqları daha vacibdir. Bəzi şeylərlə razılaşmalıyıq, əlimizdə olanların maksimumunu istifadə etməliyik. Mən inanıram ki, klublar qarşıdakı 4-5 ildə akademiyalara fikir versələr, daha çox istedadlı futbolçular yetişəcək.

- U-21 millimizin baş məşqçisi olaraq qarşıya hansı hədəfləri qoymusunuz? 

- Hədəfimiz hər oyun mübarizə aparmaq, gənc futbolçuları əsas milliyə hazırlamaqdır. Gəlin düzünü danışaq, futbolçularımızın beynəlxalq təcrübəsi çox azdır. Həm yoldaşlıq görüşlərindəki, həm də beynəlxalq matçlardakı rəqiblərimiz bəllidir. İnanıram ki, bu oyunlarda bir neçə gənc futbolçu A milli üçün hazır olacaq. Rəqiblərlə başabaş vuruşmaq, qalib gəlmək istəyirik. Məğlub olmamağa çalışacağıq. Bununla yanaşı, növbəti seçmə mərhələdə 2006-cı və 2007-ci il təvəllüdlü futbolçuları da sınaqdan keçirmək niyyətidəyik. Çünki bu futbolçuları itirməməliyik. İndi U-21 millimizin təməlini qurmaq istəyirik. Yığmanın öz oyunu olmalıdır. Futbolçular milliyə gələndə bilməlidirlər ki, nə edəcək. Bunun üçün də vaxt lazımdır. Toplanışdan-toplanışa artırmalıyıq. Gənclərimizdə milli ruh olmalıdır, formanı, bayrağımızı sevməliyik. Biz bu ölkənin vətəndaşıyıq və əlimizdən gələni etməliyik.

- Hazırda U-21 millimizin heyətində yaxın gələcəkdə əsas millimizin formasını geyinə biləcək futbolçular mövcuddurmu? 

- Əlbəttə! İnanıram ki, millimizə layiq futbolçular ortaya çıxacaq. Fernandu Santuşla da söhbətimiz olub. Sevindirici haldır ki, son çağırışda U-21 millimizin 4 futbolçusu əsas milliyə çağırıldı. Əsas milliyə hazır halda getmək lazımdır. Fikrimcə, qarşıdakı seçmə mərhələdən sonra bəzi futbolçular A millimizin oyunçuları olacaqlar. Bunun üçün onlar həm U-21-də, həm də öz klublarında mütəmadi oyun şansı almalıdırlar. Biz həmin gənclərə inanmalıyıq.

- Son olaraq həm millini, həm də "Şamaxı"nı çalışdırmağınıza toxunaq. İki komandaya rəhbərlik etməyin çətinlikləri varmı?

- Əlbəttə ki, işi qəbul edəndə çətinlikləri bilirdim. Köməkçilərimlə birlikdə işi elə qurmağa çalışacağıq ki, çox çətinlik çəkməyək. Onsuz da 1 yerdə işləyəndə də çətinlik olur, 2 yerdə də. Hər iş çətindir. Amma biz işimizi sevirik. Sevə-sevə işləyirik. Yeni köməkçilər olacaq. Onlar yalnız U-21 millimizdə işləyəcəklər. Çalışacağıq ki, "Şamaxı"da gənc futbolçular transfer edək. Onlar bizimlə olanda daha çox oyun şansı verə biləcəyik. Danışıqlar gedir. İnanıram ki, atdığımız addımlarda ən çox faydanı Azərbaycan futbolu görəcək. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri