“Premyer liqada təcrübə qazanmaq mənim də arzum idi” Fərid Namazov “İmişli”dən incik düşüb?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Fərid Namazovun artıq “İmişli”nin baş məşqçisi olmadığından xəbərdarsız. Hətta bölgə təmsilçisinin yeni çalışdırıcısı da məlumdu. Premyer-liqaya vəsiqə qazanan klub anlaşılmaz addım atıb – “sükan arxasına” portuqaliyalı Xorxe Kaskilyanı gətirib.
İşimiz yox, xeyirli olsun. Bəs komandanı elitaya gətirən Fərid Namazov bu çempionatda xidmətinə ehtiyac duyulmamasını necə qiymətləndirir? Klub rəhbərliyinin ona inanmamasının səbəbi nədi?
Fərid Namazov “Football-plus.az”ın suallarını belə cavabladı:
“Bəli, “İmişli”ylə əməkdaşlığımız sona çatdı. Müddəti başa çatan müqaviləm yenilənmədi. Təbii ki, hər məşqçi çəkdiyi əziyyətdən sonra daha yaxşısına nail olmaq istəyər. Premyer-liqada təcrübə qazanmaq mənim də arzum idi. Amma məşqçi peşəsində belə hallara rast gəlmək mümkündü. Normal, peşəkarcasına qarşılamaq lazımdı. Hazırda PRO lisenziyasını almaq istəyirəm. Əsas məqsədim budu. Düzü, 1-ci liqa klublarından biri mənə təklif göndərmişdi. Lakin razılaşa bilmədik. Hələ başqa təklif yoxdu”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















