Premyer liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze 1-ci liqanın 13-cü turunda "Difai"ni 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, o, klubunun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:
“Mövsüm başlamazdan öncə çempionatın çətin olacağını bilirdik. Qış fasiləsindən sonrakı start ərəfəsində də bildirmişdim ki, liderliyi qorumaq və sonda premyer-liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq. Rəqiblərimiz bizimlə oyunlarda hər mövqedə, xüsusilə də müdafiədə, çox keyfiyyətlidilər. Lakin biz də meydanda gücümüzü ortaya qoymağı bacarırıq. Bütün oyunçularıma təşəkkür edirəm. Meydanda əllərindən gələni etməyə çalışdılar və sonda qələbəyə sevinən tərəf biz olduq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Fevral 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















