Prezident: Biz müharibə yolu ilə haqq ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib”.
Ölkə.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir: “Bugünkü gün buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında atılan addımlar, həm Azərbaycan Ermənistan normallaşması işində atılan addımlar və Birgə Bəyannamənin imzalanması, dünyanın ən qüdrətli dövləti olan Amerika Prezidentinin buna dəstəyi və şahidlik etməsi bu Sazişin önəmini bir daha göstərir. Mən bu gün qeyd etdim ki, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Və əlbəttə ki, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var. Həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik. İndi də buna siyasi müstəvidə nöqtəni də qoyduq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Avqust 2025 06:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















