Icma.az
close
up
RU
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır

Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır

Icma.az bildirir, Apa.az portalına istinadən.

"Əbu-Dabi görüşü haqqında İrəvandan verilən bəyanatları eşitdim. Mən onlarla tanış oldum. Olduqca müsbət idi".

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib

"Baş nazir Paşinyanın dediklərini eşitdim ki, Qarabağı Azərbaycanın tərkib hissəsi qəbul etmək çoxdan lazım idi. Mən ona 2019-cu ildə də bunu dedim. Mən ona xəbərdarlıq edirdim ki, sizin üçün pis olacaq. Ancaq onlar nə etdi? Bunun qarşılığında bu binadan çıxanda sola getsəniz və yenə sola baxsanız, orada futbol stadionu görəcəksiniz, hazırda bərpa olunur. Həmin stadion 1950-ci illərdə inşa edilib. O bilirsiniz kimin adına idi? O stadion Stalinin adını daşıyırdı. Həmin Stalin adına stadionda həmin bu Baş nazir Paşinyan, hansı ki, indi bəyan edir ki, biz çoxdan Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını çoxdan qəbul etməli idik, 2019-cu ildə bu stadionda böyük mitinqdə dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Bununla da təbii ki, özü öz həyatı ilə bağlı bir sənədə imza atdı. Yəni mən bilirəm ki, Şuşada Cıdır düzündə nələr baş verirdi və ya dediyim kimi burada qondarma parlament binası var idi, qondarma parlament. Baş nazir Paşinyanın qərarı ilə parlament Şuşa şəhərinə keçirildi, orada artıq inşaat da başlandı. Mən bura gələrkən həmin binanın qarşısında xalqa müraciət etdim, biz onu yerlə-yeksan etdik. Bu gün onun yerində bilirsiniz nə yerləşir? Şuşa mehmanxanası. Sizin qaldığınız mehmanxana. Budur tarix. Bu gün isə biz artıq bizə məxsus olanı qaytardıqdan sonra artıq hər kəs bu faktla barışıb. Bu gün mən ciddi ziddiyyət görmürəm. Lakin erməni həmkarımla uzun müzakirələr zamanı toxunduğumuz mövzu o oldu ki, tərəflər arasında etimadın səviyyəsi çox aşağıdır. Bu tamamilə anlaşılandır. Bizim mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə mən deyirdim ki, Qarabağ Azərbaycandır, bu bizim torpaqdır. 22 il ərzində də mən eyni sözü deyirdim. Bu gün də bunu deyirəm. Ancaq Ermənistanın mövqeyi dəyişirdi. Və kim zəmanət verir ki, yenidən bu mövqe dəyişməyəcək? Kim verə bilər o zəmanəti? Bu şüurun təkamülünü nəzərə alanda, ona görə məndə belə bir zəmanət yoxdur. Beynəlxalq səviyyəli sənədlər olmalıdır, normalar olmalıdır. Mən Əbu Dabidə dedim ki, bu dəmir beton qədər möhkəm vədlər və normalar olmalıdır ki, seperatçılığın kökü kəsilsin. Bunun üçün məntiq sadədir. Minsk Qrupu ləğv edilməlidir. Ermənistan hesab edirsə ki, Qarabağ münaqişəsi həll edilib, deməli Minsk Qrupu buraxılmalıdır. Bunun üçün növbəti şərt Ermənistanın Konstitusiyası dəyişilməlidir, orada Azərbaycana qarşı olan ərazi iddiası aradan qaldırılmalıdır. Bununla da mən başqa problem görmürəm, bu gün sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Onun paraflanması ideyası yenə də Azərbaycan tərəfindən irəli sürülüb. Biz buna şərh vermədik Əbu Dabidə. Biz hesab edirik ki, nəticələrə dair birgə bəyanat verdik, bunu şərh etməyə ehtiyac yoxdur. Ancaq Ermənistan tərəfi ənənəvi olaraq əlavə şərhlər verməyə başladı. Bir balaca təfərrüatı açıqladı. Mən ötən görüşümdə də bunu dedim. Ermənistan öz həyatını yaşasın, biz isə öz həyatımızı yaşayaq. Və tədricən ola bilər ki, Cənubi Qafqazda yaxşı-pis münasib şərait yarana bilər ki, iki ölkə hər hansı əməkdaşlığı müzakirə edə bilsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri