Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
APA xəbər verir ki, qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd etdi. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını dedi.
Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















