Prezident İlham Əliyev: AzərbaycanBƏƏ siyasi dialoqu əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaradır Doğru Xəbərlər
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.
Doğru.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, BƏƏ Prezidentinin cari il ərzində Azərbaycana həyata keçirdiyi iki səfər ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir.
Son dövrdə ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, əməkdaşlığımızın inkişafında yeni istiqamətlərin müəyyən edildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: “Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim”.
Eyni zamanda, Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edən Prezident İlham Əliyev ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamını bildirib.
“Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə dövlətimizin başçısı məktubunda vurğulayıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















