Icma.az
close
up
RU
Prezident İlham Əliyev Azərbaycanın regiondakı strateji əhəmiyyətini beynəlxalq ictimaiyyətə bir daha izah etdi

Prezident İlham Əliyev Azərbaycanın regiondakı strateji əhəmiyyətini beynəlxalq ictimaiyyətə bir daha izah etdi

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cari il aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru”mövzusunda keçirilən beynəlxalq forum mühüm regional və qlobal proseslərlə bağlı yeni baxışların, qiymətləndirmələrin, açıq müzakirələrin geniş platforması olmaqla yanaşı, bir çox qlobal mesajların verilməsi ilə də diqqəti cəlb etdi.

Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupunun dünyanın gündəliyində duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanda yeddinci dəfə toplaşması bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində xüsusi yerini və mövqeyini təsdiqlədi.

Forumun əhəmiyyətini artıran ən mühüm məqamlardan biri isə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etməsindən sonra beynəlxalq ekspertlərin bu ərazilərə müntəzəm səfərləri və ölkəmizin tarixi haqqında daha dolğun məlumatlar əldə etməsi, Prezident İlham Əliyevin yaratdığı reallıqlar və müasir geosiyasi fraqmentasiyalar haqqında zəruri bilgilər toplamasıdır.

Forumda çıxış edən Prezident İlham Əliyev bölgədə baş verən proseslərlə bağlı bir sıra mühüm məqamlara toxundu, sualları cavablandırdı, ölkəmizin yerləşdiyi coğrafiyanın, Şərq və Qərb arasında sivilizasiya mərkəzi, tranzit körpüsü kimi strateji əhəmiyyətini xatırlatdı.

Bəyan olunduğu kimi, Azərbaycan müasir geoiqtisadi çağırışlar şəraitində bölgənin enerji və nəqliyyat arxitekturasının zənginləşməsinə mühüm töhfələr verir, müxtəlif coğrafiyaların logistika- kommunikasiya bağlantılarını əlaqələndirməklə, birgə faydalı habformalaşdırır, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və maraq əsasında güclü əlaqələr qurur:

“Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir”.

Azərbaycan Prezidenti qlobal və regional güclərə mesajlar verərək, ölkəmizin müxtəlif sahələrdəki oynadığı rolu və potensialını xatırladır, əməkdaşlıq üçün yeni və qarşılıqlı fayda gətirəcək sahələrin olduğunu diqqətə çatdırır.

Avropa ilə Asiya arasında körpü rolunu oynayan, eyni zamanda, Mərkəzi Asiyanın qərbdən giriş qapısı sayılanvə bütün tərəfləri coğrafi koordinasiya edən Azərbaycanlauzunmüddətli əməkdaşlığın qurulması uğurlu perspektivlərvəd edir. Azərbaycanın maraqlarını nəzərə almayan istənilən beynəlxalq aktor isə bu coğrafiyada “məğlub” olmağa məhkumdur.

Yeni kommunikasiya tranzitlərində Azərbaycanın strateji müttəfiqi Çin Xalq Respublikası ilə birgə addımlar atması isə nəhəng tərəfdaşlıq formatını daha da gücləndirir. Rəsmi Pekinlə “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq da daxil olmaqla möhkəmlənən münasibətlərOrta Dəhlizin daha böyük bir trayektoriyaya uzanmasına, dəhlizin son akkordlarından biri olan Zəngəzur-Naxçıvan xəttinin bərqərar olmasına yönəlməkdədir.

Azərbaycan, eyni zamanda, Avropanın enerji-nəqliyyat proqramlarının vacib hissəsi, təhlükəsizliyinintəminatçılarından biridir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir.

Cənub Qaz Dəhlizi ailəsinin ən etibarlı və məsuliyyətli üzvü olan ölkəmiz təchizat coğrafiyasını genişləndirməkləAvropanın digər ölkələrinin də təhlükəsizliyinə zəmanət vermiş olur. Azərbaycan enerji gündəliyində ön plana keçən “yaşıl enerji” halqasını da genişləndirir, qlobal sinerjiplatformasında Avropanın yaşıl təhlükəsizliyini də dəstəkləyir. “Xəzər‒Qara dəniz‒Avropa Yaşıl Enerji Dəhlizi” Avropa İttifaqının (Aİ) gələcək təhlükəsizlik layihələrindən biri kimi nəzərdə tutulub.

Bütün bunların müqabilində Aİ-nin Azərbaycan kimi dayanıqlı və sadiq tərəfdaşına qarşı bir sıra hallarda ikili standartlardan çıxış etməsi, Qafqaz bölgəsini sevdikləri və sevmədiklərinə bölməyə cəhd etməsi Avropa təsisatının ədalətsizliyi, qeyri-dürüstlüyünü nümayiş etdirir.

Azərbaycan heç zaman nə Avropa, nə də ABŞ iləmünasibətlərinin pisləşməsində maraqlı tərəf olmayıb. Xüsusilə də, ABŞ ilə hər zaman yaxşı əlaqələrinsaxlanmasını istəyib. Ancaq təəssüf ki, Baydenadministrasiyası dövründə Dövlət Departamenti tərəfindənyürüdülən anti-Azərbaycan siyasət iki ölkə arasındamünasibətləri dərin böhrana salmışdı.

Bayden-Blinken komandası hakimiyyətdən getdikdən sonra Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Hazırda Bakı və Vaşinqton arasında qarşılıqlı etimada əsaslanan yeni dövr başlayıb və Amerika Azərbaycana xüsusi önəm verir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi və ən iri proqramların müəllifidir. Ona görə, yaxın və sıx münasibətlər yeni imkanların açılması deməkdir.

Prezident İlham Əliyevin fikirlərindən göründüyü kimi,Azərbaycan qlobal mühitdə baş verən müxtəlif siyasi qütbləşməyə baxmayaraq, birləşdirici aktor kimi çıxış edir, ölkəmizin qurduğu rifah platforması olduqca geniş və çoxşaxəlidir.

Uzaq Şərq, Mərkəzi Asiya, Yaxın Şərq, Körfəz ölkələri, Afrika qitəsi və Avropa ölkələri arasında əlaqələrin şaxələndirilməsini təmin edən nəhəng geoiqtisadi arxitektura formalaşır və bölgənin siyasi xəritəsi yenilənir. Bu həmrəylik və rifah halqasına Körfəz ölkələrinin cəlb edilməsi və ölkəmizin Körfəz Əməkdaşlığı Şurası (KƏŞ)ilə əməkdaşlığı zəngin resurs ölkələri olan bu dövlətlərlə birgə investisiyaların yatırılması üçün real, təsirli qərarların gerçəkləşməsini də təmin edib. Həmin ölkələrin bir çoxu ilə birgə investisiya fondu yaradılıb. Azərbaycan, eyni zamanda, KƏŞ-lə Mərkəzi Asiya regionu və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin inteqrasiyası prosesini də əlaqələndirir.

Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıqda mühüm rol oynayaraq qarşılıqlı fəaliyyətin yeni trendlərinimüəyyənləşdirir. Eləcə də, TDT ailəsinin üzvü olan Şimali Kipr Türk Respublikası ilə əlaqələrə önəm verən dövlət başçımızın qardaşlıq siyasəti hər zaman çox aydındır.

Ölkəmiz həm də İslam dünyasını birləşdirən aktor kimi rolunu artırır, ICESCO ilə birgə layihələr bu birliyi möhkəmləndirir. Müsəlman ölkələrini əhatə edən münaqişələrin və müharibələrin dayandırılması üçün təşəbbüslər irəli sürür edir, Qəzzada atəşkəsi fəal dəstəkləyir, Suriyada da yeni quruculuğa öz humanitar köməyini davam etdirir.

Cənubi Afrika qitəsi ilə Azərbaycanın münasibətlərində də yeni səhifə açılıb, dövlətimiz sosial, iqtisadi, ekoloji problemlərdən əziyyət çəkən bu region ölkələrinə öz dəstəyini göstərir, COP29-da məhz Azərbaycanın iradəsi sayəsində qlobal alyans Afrikanın ehtiyacları üçün iqlim maliyyəsini 300 milyard dolara qaldırdı. Afrika ölkələri Azərbaycanın bu xeyirxah və dost münasibətini nəzərə alaraq, daha güclü əlaqələr qurulması istiqamətində siyasətlərini gücləndirib. Afrika liderlərinin Azərbaycana artan davamlı səfərləri qarşılıqlı marağı nümayiş etdirir.

ADA Universitetində keçirilən forumda ən mühüm məqamlardan biri də Azərbaycan və Ermənistan arasında gələcək sülhlə bağlı oldu. Azərbaycanın dövlət başçısı uzun illər davam etmiş erməni işğalının və “böyük Ermənistan” arzusunun Ermənistan üçün sonda ağrılı nəticələrə gətirib çıxardığını və Azərbaycanın öz ərazi bütövlüyünü və haqq-ədaləti bərpa etdikdən sonra rəsmi İrəvanın Cənubi Qafqazdakı nəhəng proyektlərə açdığı imkanları qiymətləndirmək üçün yaxşı şansının olduğunu vurğuladı.

Azərbaycan tamamilə legitim haqlarından istifadə edərəkbölgədə etimadlı sülh mühiti formalaşdırıb və rəsmi Bakının irəli sürdüyü təkliflərin qəbul olunmasından sonra sülh sazişinin imzalanmasına və Ermənistanın da Cənubi Qafqaza inteqrasiya olunması üçün heç bir maneə qalmır.

Təəssüf ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının qalması, İrəvanın münasibətlərin normallaşması üçün qeyri-səmimi davranışı yeni hərbi qarşıdurma risklərini saxlayır. Ələlxüsus, bu ölkəni silahlandıran, oradakı revanşistləriruhlandıran xarici güclər, o cümlədən Fransa kimi ölkələrnəzərə almalıdır ki, Azərbaycanın iqtisadi qüdrəti hərbi qüdrətini daha da artırır. Ordu quruculuğuna lazımi miqdarda vəsait xərclənməsi qarşı tərəfdən gözlənilə bilən hansısa təcavüzün qarşısını almaq, özümüzü müdafiə etmək və bizə ziyan verməyə çalışdığı halda Ermənistanı cəzalandırmaq məqsədi daşıyır.

Bütün bunlara baxmayaraq, Azərbaycan sülh və rifahquruculuğunun zəmanətvericisidir, müharibə və yeni qarşıdurmalar istəmir, İrəvana və onu təxribatlara təhrik edənlərə də bunu anladır.

Cənubi Qafqazın üç ölkəsi aralarındakı əməkdaşlığın formalarını müəyyən etməli və regionun gələcəyini heç bir vasitəçisi olmadan özləri həll etməlidirlər.

Ramid Namazov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see222

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see170

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see138

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see123

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see123

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see122

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see121

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see121

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see114

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see114

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see113

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri