Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11ci Zirvə Görüşündə iştirak edir
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəlib.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını qarşılayıb.

