Icma.az
close
up
RU
Prezident İlham Əliyevin BMT dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur ŞƏRH

Prezident İlham Əliyevin BMT dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti sülhə, ədalətə və tərəqqiyə səslədi, qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi.

Bunu AZƏRTAC-a açıqlmasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, dövlətimizin başçısı daha təhlükəsiz dünya üçün atılması lazım olan addımlara diqqət çəkib:“Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı, bu çıxışda yer alan fikirlər bütün dünyanın bugünü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı faktiki olaraq, bu çıxışı ilə daha təhlükəsiz və ədalətli dünyanı necə, hansı şəkildə inşa etməyin formulunu təqdim etdi. Prezident bildirdi ki, belə bir dünya yaratmaq üçün öncə ikili standartlardan imtina olunmalı, ədalətin selektiv şəkildə tətbiqindən imtina edilməlidir. Çünki bu cür yanaşma insanların ədalətə olan inamına zərbə vurur, onlarda məyusluq doğurur”.

Cəlil Xəlilov xatırladıb ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə yanaşı, həm də ikili standartlardan, ədalətsizlikdən əziyyət çəkib. 30 ilə yaxın müddətdə qlobal güclər, dünyanın aparıcı ölkələri Azərbaycanın haqq işini əməli şəkildə dəstəkləməyib, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayıb. “Məhz bu baxımdan Azərbaycan ikili standartlara şahid olan, ədalətsizliklə üzləşən dövlət kimi ədalətli yanaşmanın nə qədər vacib olduğunu, bu məsələdə selektiv yanaşmaların haqsızlığa məruz qalan xalqlar tərəfindən necə böyük məyusluq və qəzəb doğurduğunu bilir. Buna görə də Prezident İlham Əliyev daha yaxşı və ədalətli dünya üçün ikili standartlardan imtinanın həyati əhəmiyyət kəsb etdiyini bir daha diqqətə çatdırdı”, - deyə o diqqətə çatdırıb.

Polkovnik qeyd edib ki, dövlətimizin başçısının diqqət çəkdiyi amillərdən biri də sülh faktoru olub: “Prezidentimiz bəşəriyyətin firarvanlığı və tərəqqisi baxımından sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyini vurğuladı. Bununla yanaşı, dövlətimizin başçısı qeyd etdi ki, sülh yalnız sözdə deyil, həm də əməldə olmalıdır. Çünki yalnız bu halda həqiqi sülhü təmin etmək, onun praktiki nəticələrindən faydalanmaq mümkündür. Hansı ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional sülh uğrunda ardıcıl səylər, böyük fədakarlıqlar sərgilədi. Bütün bu səylər avqustun 8-də Amerika Birləşmiş Ştatalrında Azərbaycanla Ermənistan arasında sülh mətninin paraqraflanması ilə nəticələndi. Prezident İlham Əliyev sülhə verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa bir daha təşəkkür etdi, onun əməyini yüksək qiymətləndirdiyini vurğuladı. Bir sözlə, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə bəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növ gələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi. Dövlətimizin başçısı öz dəmir məntiqi ilə sübut etdi ki, planetimizin sabahı dünya dövlətlərinin bir-birləri ilə sülh şəraitində yaşamasından, səmimi əməkdaşlığından asılıdır və Azərbaycan bundan sonra da bu cür səyləri əməli şəkildə dəstəkləməyə, bəşəriyyətin rifahına töhfə verməyə hazırdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see234

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see162

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see139

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see138

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see122

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see119

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see118

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see118

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri