Icma.az
close
up
RU
Britaniyalı ekspert: Prezident İlham Əliyevin BMT dəki çıxışı barışıq, inkişaf və tərəqqi mesajı ilə yadda qaldı

Britaniyalı ekspert: Prezident İlham Əliyevin BMT dəki çıxışı barışıq, inkişaf və tərəqqi mesajı ilə yadda qaldı

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

London, 26 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın tarixində keçid dövrünə təsadüf edən mühüm nitq idi.

Bu sözləri britaniyalı jurnalist və ekspert Neil Vatson AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsini və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini nümayəndələrin diqqətinə çatdırıb. O, həmçinin İkinci Qarabağ müharibəsinin gedişatı və nəticələri barədə məlumat verib, Azərbaycanın ərazi bütövlüyünün bərpası faktını vurğulayıb.

Neil Vatson bildirib ki, dövlətimizin başçısı çıxışında həm də sülh prosesi, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən danışıqlar və Azərbaycanın ABŞ-la əməkdaşlığı, Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) və yeni Azərbaycan-ABŞ strateji işçi qrupunun yaradılması kimi məsələlərini diqqətə çatdırıb. Prezidentin Böyük Qayıdış siyasəti, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mina təhlükəsi məsələsinə toxunması da mühüm məqam kimi dəyərləndirilib.

Ekspert vurğulayıb ki, dövlət başçısı Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Bakı Maliyyə Məqsədinin qəbul olunması və yeni enerji layihələri ilə regionda ekoloji məsələlərdə aparıcı mövqeyini də nümayiş etdirib. O, həmçinin Azərbaycanın Suriyaya və digər 13 ölkəyə qaz təchizatı, Orta Dəhliz və “Rəqəmsal İpək Yolu” təşəbbüsü kimi qlobal logistika və enerji layihələrinin əhəmiyyətini qeyd edib.

“Bu, hərtərəfli bir çıxış idi. Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurları, regionda artan nüfuzunu və Cənubi Qafqazda müstəqil, vahid inkişaf xəttini vurğuladı. Ən əsası isə çıxış barışıq, praqmatizm, inkişaf və tərəqqi mesajı ilə yadda qaldı”, - deyə britaniyalı ekspert qeyd edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see271

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see161

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see151

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see133

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see130

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see130

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see129

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see128

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see127

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see127

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see126

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see125

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see124

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see123

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see122

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see119

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see119

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see119

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see117

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri