Icma.az
close
up
RU
Prezident İlham Əliyevin liderliyi ilə azərbaycanlı olmaq mənsubiyyət deyil, xoşbəxtlikdir

Prezident İlham Əliyevin liderliyi ilə azərbaycanlı olmaq mənsubiyyət deyil, xoşbəxtlikdir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli birlik xalqın varlığını qoruyan və onu tarixin sınaqlarından keçirən əsas dəyərdir. Bu dəyəri formalaşdırmaq isə təsadüfi proses deyil. Xalqı ortaq ideya ətrafında səfərbər edən, ona inam və məqsəd verən liderlik iradəsi olmadan birlik mümkün deyil. Tarixi təcrübə göstərir ki, güclü dövlətlər məhz möhkəm milli həmrəylik üzərində qurulur. Azərbaycanın bu gün əldə etdiyi siyasi sabitlik və beynəlxalq nüfuz milli birliyin real nəticəsidir. Dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və suverenliyinin tam təmin olunması bu birliyin gücünü açıq şəkildə ortaya qoyur. Xalqın dövlətinə olan inamı və lider ətrafında sıx birləşməsi ölkənin qarşısında açılan yeni imkanların əsasını təşkil edir. Bu həmrəylik  bugünkü uğurların və gələcək qələbələrin də təminatçısıdır. Milli birlik Azərbaycanın sarsılmaz gücü və dəyişməz strateji üstünlüyüdür. 

Biz milli həmrəyliyə necə nail olduq? 

Bu, Azərbaycanın müstəqilliyini itirmək ərəfəsində olduğu, separatçılıq meyllərinin həddini aşdığı, ölkənin milli ədavət və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı illərə təsadüf edirdi. Belə mürəkkəb dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanı qorumaqla yanaşı uzaqgörən və qətiyyətli lider kimi milli həmrəyliyimizin təmin olunmasına nail oldu, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını aldı. Onun liderliyi ilə bir daha əmin olduq ki, güclü dövlətin təməlində xalq–lider birliyi dayanır. Məhz bu birlik Azərbaycan dövlətçiliyinin qorunub möhkəmlənməsində və milli həmrəyliyimizin formalaşmasında həlledici rol oynadı. 
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul edilən qərar milli birliyimizin parlaq təcəssümünə çevrildi.

Heydər Əliyev böyük strateq və uzaqgörən lider kimi yanlış dövlət siyasətinin, lidersizliyin və başsızlığın doğurduğu parçalanma təhlükəsi fonunda bir-birinə nifrətlə baxan Azərbaycan cəmiyyətini vahid məqsəd ətrafında birləşdirərək xalqını gələcəyə aparan yolun memarı oldu. Prezident kimi Heydər Əliyev əvvəlcə milli birliyimizi təmin etdi, daha sonra isə dünya azərbaycanlılarını bir yerə toplamağı, onları təşkilatlanmağa və Azərbaycan uğrunda birləşməyə səfərbər etməyi bacardı. Dünya Azərbaycanlılarının qurultayını keçirərək böyük Heydər Əliyev  xalqımızın həmrəyliyini möhkəmləndirdi, diasporamızın gücünü və rolunu dünya arenasında önə çıxardı. Bu da milli həmrəyliyimiz dövlət siyasətinin əsas dayaqlarından birinə çevrildi. Prezident İlham Əliyev bu müqəddəs dəyəri qorudu, onu möhkəmləndirdi və dövrün tələblərinə uyğun şəkildə formalaşdırdı. Onun liderliyi sayəsində dünya azərbaycanlılarının birliyi yeni məzmun qazandı, diaspora işi məqsədyönlü və sistemli şəkildə inkişaf etdi.

“Biz birlikdə güclüyük” çağırışı xalqın iradəsini, inamını və gücünü ifadə edən milli ruhun parlaq təcəssümünə çevrildi. Məhz bu birlik Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımıza tarixi qürur hissi yaşatdı. Milli həmrəyliyin simvolu olan “Dəmir yumruq” sarsılmaz əzmimizi bütün dünyaya nümayiş etdirdi. Milli birliyin yaratdığı güc sayəsində düşmən məğlubiyyətə uğradıldı, Vətənimizin illərlə davam edən ən ağrılı problemi aradan qalxdı, tarixi torpaqlarımız azadlığa qovuşdu. Bu tarixi Qələbə Azərbaycanda mövcud olan Xalq – Lider vəhdətinin nə qədər sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi və bu birliyin gücü hər kəsdə heyranlıq doğurdu.

Beləliklə, xalq–lider birliyindən doğan milli həmrəylik tarix yazdı və Azərbaycanın taleyini dəyişən sarsılmaz gücə çevrildi.
Milli sərvətimiz olan birliyimiz sübut etdi ki, həmrəyliyimiz ən böyük gücümüzdür və heç kimin bu birliyə meydan oxumağa həddi yoxdur. Böyük Heydər Əliyevin milli birliyimizə nail olmaqla qarşıya qoyduğu ali və müqəddəs məqsəd də xalqı öz taleyinin sahibi etmək idi. Xalqını birləşdirərək müqəddəsləşən Ulu öndər bizə elə bir irs bəxş etdi ki, milli dərdlərimizi özgələrə deyil, öz iradəmizə söykənərək həll edək.

Bu gün dünyanın dörd bir yanına səpələnmiş 50 milyonluq Azərbaycan xalqı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qürur hissi ilə qeyd edir. Prezident İlham Əliyevin liderliyi sayəsində azərbaycanlı olmaq sadəcə mənsubiyyət deyil, xoşbəxtlikdir. Çünki xalqlar xoşbəxt doğulmur, onları xoşbəxt edən inandıqları liderdir. Məhz bu əzm, bu iradə və bu sarsılmaz həmrəylik isə Azərbaycan xalqına məxsus nadir və qürurverici nümunədir!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri