Icma.az
close
up
RU
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın uğurlarını və hədəflərini ortaya qoydu AÇIQLAMA

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın uğurlarını və hədəflərini ortaya qoydu AÇIQLAMA

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın indiyə qədər əldə etdiyi uğurlar və qarşıdakı strateji hədəfləri baxımından böyük maraqla qarşılanıb. Dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafı, regionda mövqeyi, Ermənistanın hərbi büdcəsi və Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi kimi mühüm məsələlərə toxunub.

Hilal Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edib.

A.Abdulkərimovun fikrincə, bu müsahibə Azərbaycanın indiyə qədər keçdiyi və bundan sonra keçəcəyi yolun aydın bir xarakteristikasını təqdim edib.

A. Abdulkərimov daha sonar qeyd edib: “Mən Prezidentin yerli televiziyalara verdiyi müsahibəni dinlədim və bu müsahibə çoxşaxəli, bütün sahələri əhatə edən, Azərbaycanın indiyə qədər keçdiyi və bundan sonra keçəcəyi yolu gözəl xarakterizə edir. Sosial-iqtisadi məsələlərə də kifayət qədər yer ayrılmışdı. Azərbaycanın iqtisadi inkişafı, 2025-ci ilin büdcəsinin indiyə qədər olmadığı qədər yüksək hədəfə çatdırılması, büdcənin təxminən 50 milyard manata yaxınlaşması, gələcəkdə Azərbaycanın iqtisadi inkişafı və sosial-iqtisadi məsələlərin gücləndirilməsinə dövlətin ciddi önəm verdiyini göstərir. Ermənistanın silahlanmasının yaratdığı təhdid əsas verir ki, biz də hərbi potensialımızı artıraq. Bu baxımdan da hərbi büdcəmiz 8.5 milyard manata çatdırılmışdır”.

Prezidentin qeyd etdiyi məsələlər arasında Ermənistanın hərbi büdcəsini artırması da xüsusi yer tutub: “Prezident qeyd etdi ki, büdcəmizin gücləndirilməsi Ermənistanın ciddi şəkildə silahlandırılması ilə də bağlıdır. Cənubi Qafqazda ən güclü dövlət olaraq, Ermənistanın həm xarici havadarları, həm də daxildə hərbi büdcəsini artırmaqla Azərbaycandan öndə olmaq istədiyini anlayırıq. Buna baxmayaraq, Azərbaycan həm iqtisadi, həm də hərbi sahədə ciddi nailiyyətlərə imza atır və gələcəkdə də belə olacaq”.

Müsahibədə diqqət çəkən digər məqamlar isə Azərbaycanın gələcək strateji planları və regiondakı mövqeyi ilə bağlı olub. Abdulkərimov əlavə edib: “Müsahibədə diqqətimi ən çox çəkən məsələlərdən biri Azərbaycanın gələcək strateji planları və regiondakı mövqeyi ilə bağlı prezidentin səsləndirdiyi fikirlər oldu. Azərbaycan bu dövr ərzində ciddi diplomatik və siyasi sınaqlardan keçib. Prezident açıq şəkildə qeyd etdi ki, qonşularımızdan hansı təhdidlərin gəldiyini bilirik”.

Abdulkərimov İranla bağlı məsələlərə də toxunaraq deyib: “Son dövrlərdə İranın bəzi mollalarının Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı təhdidləri cavabsız qalmamalıdır. Azərbaycan ictimaiyyətinin də bu məsələdə öz fikrini açıq şəkildə bildirməsi vacibdir. Biz tələb edirik ki, həmin molla öz səhvini etiraf etməli və Azərbaycan xalqından üzr istəməlidir”.

Türk dövlətləri ilə münasibətlərə də xüsusi önəm verən Abdulkərimov qeyd edib: “Prezidentin müsahibəsində ən önəmli məqamlardan biri Türk dövlətləri ilə münasibətlərin daha da genişləndirilməsi oldu. Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün yol xəritəsi təqdim edildi. Türkiyə ilə həm təhlükəsizlik, həm hərbi məsələlərdə birgə olduğumuzu, Azərbaycanın Türkiyənin maraqlarını dəstəklədiyini prezident vurğuladı. Bu, bizə əsas verir ki, Azərbaycanın xarici siyasətində gələcəkdə də mühüm nailiyyətlər əldə olunacaq. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində və Türkiyə ilə münasibətlərdə ciddi irəliləyişlərin olacağını gözləyirik”. /crossmedia.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri