Icma.az
close
up
RU
Prezident İlham Əliyevin oktyabr diplomatiyası sübut etdi ki... RƏY

Prezident İlham Əliyevin oktyabr diplomatiyası sübut etdi ki... RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəsmi Bakı nə Qərbdən, nə Şərqdən asılı deyil, əksinə, hər iki istiqamət arasında körpü və dialoq mərkəzi kimi çıxış edir



Son 10 gün ərzində Prezident İlham Əliyevin diplomatik fəaliyyət qrafiki həm intensivliyi, həm də əhatə etdiyi coğrafiyanın genişliyi baxımından diqqət mərkəzinə çevrilib. Azərbaycan lideri cəmi bir neçə gün ərzində üç müxtəlif istiqamətdə - Avropa, Asiya və türk dünyasını birləşdirən məkanlarda keçirilən yüksək səviyyəli sammitlərdə iştirak edib. Bu dinamika təkcə Azərbaycanın xarici siyasət fəallığının göstəricisi deyil, həm də ölkənin beynəlxalq arenada artan nüfuzunun, balanslı və çoxvektorlu siyasətinin bariz təzahürüdür.

Prezident İlham Əliyevin bu qısa zaman kəsiyində iştirak etdiyi sammitlər - Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşü, Avropa Siyasi Birliyinin Kopenhagendə  baş tutan toplantısı, həmçinin MDB Dövlət Başçılarının Düşənbə sammiti  Azərbaycanın eyni anda müxtəlif siyasi, iqtisadi və mədəni qütblər arasında körpü rolunu oynadığını nümayiş etdirir.

Bu intensiv diplomatik marafon həm də İlham Əliyevin beynəlxalq gündəliyinin nə qədər gərgin və məqsədyönlü şəkildə qurulduğunu göstərir. Dövlət başçısı bir tərəfdən regional inteqrasiyanı, türkdilli dövlətlərlə əməkdaşlığı və enerji-nəqliyyat layihələrini dərinləşdirir, digər tərəfdən isə Avropa ilə dialoqu, Cənubi Qafqazda sülh təşəbbüslərini və qlobal miqyasda Azərbaycanın maraqlarını qorumaq istiqamətində mühüm platformalarda iştirak edir. Bir sözlə,  son on gün Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin təkcə intensiv mərhələsi deyil, həm də Azərbaycanın çoxşaxəli və strateji xarici siyasət kursunun praktik ifadəsinə çevrilib. 


Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, 2025-ci ilin oktyabr ayı Azərbaycan diplomatiyası üçün intensiv və strateji baxımdan vacib bir dövr kimi yadda qaldı: 



"Prezident İlham Əliyevin eyni ayda üç mühüm beynəlxalq platformada  Kopenhagen, Düşanbə və Qəbələ görüşlərində iştirakı ölkəmizin çoxvektorlu, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunu bir daha nümayiş etdirib.

Bu üç görüşün hər biri ayrı coğrafi məkan və siyasi orbitdə baş tutsa da, onları birləşdirən ümumi məxrəc Azərbaycanın müstəqil, çoxqütblü və rasional diplomatiya modeli idi.

 Oktyabrın əvvəlində Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi Zirvəsi Azərbaycanın Avropa ilə siyasi və iqtisadi münasibətlərinin yeni mərhələyə keçdiyini göstərib.  Prezident İlham Əliyev burada Avropa İttifaqı rəhbərliyi və bir sıra dövlət başçıları ilə görüşərək enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və sülh prosesinə dair vacib mesajlar verib.

Kopenhagen platformasında əsas mesaj ondan ibarət idi ki, Azərbaycan Qərblə münasibətləri konfrontasiya deyil, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur. Bakı Avropanın enerji təhlükəsizliyində təkcə qaz təchizatçısı deyil, həm də yaşıl enerji və infrastruktur layihələrinin etibarlı tərəfdaşı kimi çıxış edir.

Düşanbə görüşü Azərbaycan üçün postsovet məkanında praqmatik əməkdaşlıq və siyasi  dialoqun  dərinləşdirilməsi platforması rolunu oynayıb.  Bu, Bakı üçün həm regional sabitlik, həm də milli maraqların qorunması baxımından önəmlidir.

Qəbələdə keçirilən TDT Zirvəsi isə Azərbaycanın türk dünyasının ideoloji və strateji mərkəzinə çevrildiyini təsdiqləyib. Prezident  İlham Əliyev türk dövlətlərinin hərbi, iqtisadi və mədəni birliyini gücləndirən konseptual çıxışı ilə bu platformanı regional sabitliyin dayaqlarından birinə çevirdi. Qəbələ görüşü həm də Azərbaycanın liderlik statusunun təkcə regional deyil, sivilizasion səviyyədə tanınmasına xidmət edib".


Politoloqun fikrincə Qərb, MDB və Türk dünyası platformaları Azərbaycanın çoxqütblü diplomatiyasının balansıdır: 

"Prezident  İlham Əliyevin oktyabr diplomatiyası göstərdi ki, rəsmi Bakı nə Qərbdən, nə Şərqdən asılı deyil, əksinə, hər iki istiqamət arasında körpü və dialoq mərkəzi kimi çıxış edir. Azərbaycanın xarici siyasətindəki oktyabr ayında “üç platforma , bir strategiya” yanaşması müxtəlif qütblərdə yerləşən beynəlxalq aktorlar üçün də bir siqnal olmalıdır. Azərbaycan prioritet olaraq elan etdiyi Türk ailəsi ilə əməkdaşlığın gücləndirilməsi siyasəti ilə yanaşı dayanıqlı balanslı siyasətini davam etdirir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri