Icma.az
close
up
RU
Статья не опубликована
Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürləri

Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürləri

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir. Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini sübut edir. Dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı.

Dövlət başçımız ümumi daxili məhsulun 4 faizdən çox artdığını, neft hasilatında tənəzüllə üzləşmədiyimizi, neft hasilatının azalmasının bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcəyini, qeyri-neft sənaye sektorunda artımın 7 faizdən çox olduğunu, iqtisadi sahədə dayanıqlı inkişafa nail olduğumuzu, büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu və s. xatırlatdı.

Prezident İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi, işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşacağını bildirdi. Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Qazax rayonunun dörd kəndinin Ermənistan işğalından azad edilməsi olub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin hər hansı dialoqu mümkünsüz etdiyini və danışıqlar prosesindən yalnız işğalı davam etdirmək üçün bir alət kimi istifadə etdiyini bildirib. Qazaxın kəndlərinin azad olunması, delimitasiya və demarkasiya proseslərinin eyni vaxtda həyata keçirilməsi unikal hadisədir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanı buna vadar edən əsas amillərdən biri Vətən müharibəsi və Azərbaycanın antiterror əməliyyatları olub. Bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.

Dövlətimizin başçısı Ermənistan hökumətinə onu da xatırlatdı ki, dünya sürətlə dəyişir və bu dəyişiklik heç də Ermənistanın xeyrinə deyil. Kanadada qəfil hökumət dəyişikliyi, Suriyada Əsəd rejiminin bədnam çöküşü həm də o deməkdir ki, Ermənistanın özünə müttəfiq saydığı ölkə rəhbərlərinin sırası getdikcə seyrəlir və bu proses böyük ehtimalla davam edəcək. Heç şübhəsiz, qonşularımız da bunu görür və artıq bilirlər ki, Azərbaycanın təbii və strateji müttəfiqi olan qardaş Türkiyənin bu prosesdə rolu və iştirakı müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, ötən il dekabrın 19-da ölkəmizin D-8 kimi nüfuzlu təşkilata üzv qəbul edilməsi Azərbaycanın artmaqda olan siyasi çəkisinə və etibarlı tərəfdaş statusuna göstərilən beynəlxalq ehtiramın təzahürüdür. Bu, ölkəmizin və şəxsən Prezident İlham Əliyevin növbəti böyük uğuru olmaqla yanaşı, həm də Ermənistanı kənardan idarə edən bədxahlarımızın çirkin oyunlarına və məkrli planlarına ən tutarlı cavabdır. O da şübhəsizdir ki, Azərbaycan Prezidentinin növbəti mesajından da həm Ermənistan hökuməti, həm də onun havadarları mütləq nəticə çıxarmalı olacaq: “Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq... Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir...”

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri