Prezident Kitabxanasında Qara Qarayevin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” tədbirlər silsiləsi çərçivəsində dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən və dahi bəstəkarın irsinə göstərdiyi yüksək dövlət qayğısından danışıb. O, Qara Qarayev yaradıcılığının gənc musiqiçilər və tədqiqatçılar üçün tükənməz mənbə olduğunu vurğulayıb.
Daha sonra böyük sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində, həmçinin Prezident Kitabxanasının hazırladığı, dünyaşöhrətli bəstəkar Qara Qarayevə həsr olunmuş virtual sərgi təqdim olunub.
Dəyirmi masa ətrafında mədəniyyət, elm və incəsənət xadimlərinin çıxışları dinlənilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə, Xalq artisti, bəstəkar Elnarə Dadaşova, bəstəkar Azad Zahid, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Leyla Quliyeva, yazıçı-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydın və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədr müavini Riad Quliyev Azərbaycan musiqisində modernizmin əsasını qoyan dahi bəstəkarın yaradıcılıq fəlsəfəsindən, dünya miqyaslı əsərləri ilə Şərq və Qərb mədəniyyətləri arasında yaratdığı mənəvi körpüdən və yetişdirdiyi bütöv bir bəstəkarlıq məktəbinin bu gün də Azərbaycan mədəniyyətini beynəlxalq arenada layiqincə təmsil etməsindən bəhs ediblər. Çıxışlarda Qara Qarayev fenomeninin dünya musiqi xəzinəsindəki əvəzolunmaz yeri xüsusi vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib.
Əməkdar artist İlham Nəzərovun ifasında bəstəkarın “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları və unudulmaz “Bakı haqqında mahnı”sı səsləndirilib (müşayiət edir Əməkdar artist Nüşabə İsa). Beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə isə bəstəkarın “Prelüdiyalar”ını və “İnsan məskən salır” filmindən seçmə musiqi nümunələrini ifa edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Fevral 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















