Icma.az
close
up
RU
Prezident müsahibəsində AzərbaycanTürkiyə əlaqələrinin regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığını vurğulayıb ŞƏRH AZƏRTAC

Prezident müsahibəsində AzərbaycanTürkiyə əlaqələrinin regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığını vurğulayıb ŞƏRH AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı. 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə Azərbaycan ictimaiyyətində və beynəlxalq mediada geniş əks-səda doğurub. Müsahibədə dövlət başçısı ölkənin daxili və xarici siyasəti, regional təhlükəsizlik və Ermənistanla münasibətlər kimi mühüm mövzulara toxunub.

Prezident Əliyev müsahibəsində Azərbaycanın suverenliyinin tam bərpa edildiyini vurğulayaraq, 2024-cü ilin bu baxımdan yeni bir dövrün başlanğıcı olduğunu qeyd edib. O, sentyabr hadisələrinin ölkənin suverenliyinin bərpasında mühüm rol oynadığını bildirib.

Ermənistanla sülh müqaviləsi məsələsinə toxunan Prezident Azərbaycanın beş əsas prinsip əsasında sülh müqaviləsi təklif etdiyini və bu prinsiplərin beynəlxalq hüququn əsaslarına uyğun olduğunu qeyd edib. O, Ermənistanın və bəzi ölkələrin müqaviləyə Qarabağla bağlı məsələləri daxil etmək cəhdlərinin məntiqsiz olduğunu bildirib. Prezident bir daha Ermənistanın bəzi dövlətlərdən qeyri-qanuni silah əldə etməsi ilə bağlı xəbərdarlıqlar edib və bu hərəkətlərin bölgədə gərginliyi artırdığını bildirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Zifəroğlu söyləyib.

O bildirib ki, Prezident, eyni zamanda, Zəngəzurda azərbaycanlıların əksəriyyət təşkil etdiyini və bəzi kəndlərin tamamilə azərbaycanlılardan ibarət olduğunu vurğulayıb. Bu fikirlər Ermənistanın tarixə dair təhrif olunmuş mövqeyinə qarşı Azərbaycanın təqdim etdiyi tarixi həqiqətlərin bir hissəsidir. XX əsrdə azərbaycanlıların üç dəfə deportasiyaya məruz qalması Zəngəzur və digər ərazilərin tarixi baxımdan Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir.

Onun sözlərinə görə, Prezidentin Ermənistanın "faşist rejimi" və Qərbi Azərbaycandakı azərbaycanlı kəndləri ilə bağlı ifadələri, münaqişənin tarixi ədalət və ərazi bütövlüyü kontekstində mühüm əhəmiyyət daşıyır: “Prezidentin "Qərbi Zəngəzurda yalnız azərbaycanlıların yaşadığı kəndlər" və "biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq" kimi bəyanatları, Ermənistanın tarix boyu Azərbaycan ərazilərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini və zorakılıq aktlarını ifşa edir. Bu açıqlamalar həm tarixi ədalətin bərpası, həm də müasir dövrdə bu siyasətin nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın verdiyi siyasi və diplomatik mesaj olaraq qiymətləndirilməlidir”.

V.Zifəroğlu vurğulayıb ki, Prezidentin "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" ifadəsi, Azərbaycanın həm geosiyasi, həm də iqtisadi maraqlarını əks etdirən strateji əhəmiyyətə malik bəyanatdır. Bu fikir yalnız Cənubi Qafqaz regionunda deyil, eyni zamanda, Orta Asiya və Qərb ilə əlaqələrin genişləndirilməsinə xidmət edir. Zəngəzur dəhlizi Azərbaycanı birbaşa Orta Asiya və Avropa ilə birləşdirən vacib nəqliyyat marşrutu olmaqla yanaşı, Türk dünyası arasında inteqrasiyanı da gücləndirəcək. Prezident bu dəhlizin açılmasını Azərbaycanın regional təsirini artırmaqla yanaşı, onun qlobal iqtisadi və strateji mövqeyini möhkəmləndirəcək mühüm bir təşəbbüs kimi təqdim edir.

Alim Prezidentin müsahibəsində digər önəmli hissənin qardaş Türkiyə ilə olan münasibətlərimizin şərhi olduğunu diqqətə çatdırıb. Deyib ki, Prezident müsahibəsində Azərbaycan-Türkiyə əlaqələrinin regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığını vurğuladı. Həmçinin Türkiyənin Azərbaycanın ən yaxın müttəfiqi olduğu və iki ölkə arasındakı hərbi və iqtisadi əməkdaşlığın daha da dərinləşdirildiyi bildirildi. Prezidentin də vurğuladığı kimi, dünyada heç bir ölkə arasında bu iki ölkənin münasibətlərinə oxşar münasibətə rast gəlmək mümkün deyil.

“Prezidentin İranla bağlı fikirləri də iki ölkənin münasibətlərindəki ciddi məqamlardan xəbər verir. Təəssüf ki, İran Cənubi Qafqaz siyasətində çoxdan gözlənilən korrektə və dəyişiklikləri etmək əvəzinə qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. İran mediasında Azərbaycana qarşı zaman-zaman aparılan kampaniyalar, verilən açıqlamalar şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə mənfi təsirini göstərməkdədir. Bu mənada Prezidentin yerli televiziya kanallarına verdiyi son müsahibəsində İranla bağlı dediyi fikirlər, verdiyi mesajlar qonşu ölkə tərəfindən bir xəbərdarlıq olaraq da qəbul edilməlidir. Azərbaycan hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq olub və bizim eyni münasibəti qonşularımızdan da görmək haqqımızdır. Azərbaycan regionda sabitliyin əsas təminatçısı kimi çıxış edir və hər hansı bir təxribatın qarşısını almağa qadir olduğunu göstərir. Ölkəmiz milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməklə öz suverenliyini qoruyur, lakin İranın regiondakı bəzi hərəkətləri bu münasibətlərin normallaşmasına mane olur”, - deyə alim qeyd edib.

Vüqar Zifəroğlu bildirib ki, Prezident İlham Əliyevin son müsahibəsində regionda baş verən proseslər və Yaxın Şərq məsələlərinə dair də olduqca diqqətəlayiq məqamlar yer alıb. O, Azərbaycanın yerləşdiyi geosiyasi məkanda baş verən hadisələri və bu hadisələrin ölkənin milli maraqlarına təsirini geniş təhlil edib. Prezident Əliyev qeyd edib ki, Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində fəal rol oynayır. Bu, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlarda aparılan işlər vasitəsilə həyata keçirilir. Prezident Azərbaycanın üçtərəfli formatlarda, o cümlədən Azərbaycan-Rusiya-İran və Azərbaycan-Türkiyə-Gürcüstan platformalarında iştirakını regionda dialoq və inkişafın əsas alətlərindən biri kimi qiymətləndirib.

Dekan vurğulayıb ki, Prezident İlham Əliyevin Yaxın Şərq və regiondakı proseslərə dair fikirləri Azərbaycanın konstruktiv xarici siyasətini bir daha nümayiş etdirdi. Azərbaycan həm Qafqazda, həm də bütünlükdə regionda sabitliyin təmin edilməsi və əməkdaşlıq təşəbbüslərində mühüm rol oynayan ölkə kimi mövqeyini gücləndirir. Bu siyasət həm ölkənin milli maraqlarının qorunmasına, həm də beynəlxalq səviyyədə nüfuzunun artırılmasına xidmət edir.

“Prezidentin bizim də bir parçası olduğumuz Yaxın Şərq bölgəsində baş verən proseslərlə bağlı fikirləri də olduqca maraq doğurur. Suriyada baş verən son dəyişikliklərdən sonra Azərbaycan, Ankaranın yanında yer alan ilk ölkə kimi ön plana çıxdı və Türkiyənin müraciəti əsasında ərəb dövlətinə humanitar yardım göndərdi. Türkiyə ilə bağlı fikirlərini ifadə edən Azərbaycan Prezidenti Yaxın Şərqdə Fələstin dövlətinin yaradılmasının əhəmiyyətini bir neçə dəfə vurğulayıb. Bu yanaşma İslam həmrəyliyinin Azərbaycanın xarici siyasətində Yaxın Şərq bölgəsi ilə əlaqəli əsas prinsiplərdən biri olduğunu bir daha nümayiş etdirir.

Prezident beynəlxalq təşkilatların və bəzi Qərb ölkələrinin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartları tənqid edib. O, xüsusilə Avropa İttifaqı və ABŞ-ın regionda sülh prosesində daha obyektiv mövqe tutmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, Prezident Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu artırmaq istiqamətində davamlı addımlar atdığını qeyd edib”, - deyə alim bildirib.

O, Prezident İlham Əliyev Azərbaycanın daxili inkişafı və iqtisadi siyasəti ilə bağlı mühüm detallara da toxunub: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələrinin sürətlə davam etdirildiyi bildirilib, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı və qeyri-neft sektorunun artım tempi xüsusi vurğulanıb, enerji layihələrinin strateji əhəmiyyəti barədə danışıb.

Təsadüfi deyil ki, müsahibə beynəlxalq, eləcə də Türkiyə mediasında da geniş işıqlandırılıb. Beynəlxalq mediada Prezident Əliyevin fikirlərinə geniş yer ayrılıb, xüsusilə Ermənistanın silahlandırılması və regionda yeni gərginliyin yaranması ilə bağlı xəbərdarlıqları ön plana çıxarılıb. Ümumilikdə Prezident İlham Əliyevin son müsahibəsi ölkənin gələcək inkişaf istiqamətləri və regional siyasəti barədə ətraflı məlumat verərək həm daxili, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar verib.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan üçün yeni dövrün əsas istiqamətlərini müəyyənləşdirib. Bu müsahibə ölkənin strateji prioritetlərini, regional təhlükəsizlik məsələlərini və beynəlxalq arenada milli maraqların qorunmasını əhatə edən geniş bir manifest kimi qiymətləndirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see191

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see171

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see145

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see132

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see131

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see128

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see127

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see125

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see124

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri