Icma.az
close
up
RU
Prezident müsahibəsində dərin politoloji cavablar verdi Millət vəkili

Prezident müsahibəsində dərin politoloji cavablar verdi Millət vəkili

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Cənab Prezident İlham Əliyevin vaxtaşırı mətbuata verdiyi müsahibələr bir qayda olaraq həm aktual, həm də aseptual məsələləri əhatə edir. Dünənki bir neçə saatlıq müsahibəsində cənab Prezident Azərbaycana aid olan həm daxili, həm xarici siyasətlə bağlı məsələlərlə bağlı çox dərin politoloji cavablar verdi. Bu, yetkin, təcrübəli, çoxməşğuliyyətli xalqın maraqlarına uyğun siyasət aparan bir dövlət rəhbərinin cavabları idi. Onların içərisində Ermənistanla münasibətlər, o cümlədən Zəngəzur dəhlizi məsələsinə də Prezident toxundu”.

Bu fikirləri millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında ölkə başçısının müsahibəsini şərh edərkən söyləyib.

O bildirib ki, Azərbaycanın bu məsələlərdə mövqeyi kifayət qədər aydındır:

“Azərbaycan eksklav Naxçıvan torpağı ilə əlaqələrinin birdəfəlik həll edilməsi məsələsini həmişə gündəliyə qoyub və təsadüfi deyil ki, beş il bundan əvvəl, 10 noyabr 2020-ciil üçtərəfli bəyannaməsində Naxçıvanla əlaqələr məsələsi xüsusi bənd kimi ora salınmışdı. Zəngəzur dəhlizi Azərbaycan üçün həyat məsələsidir. Düzdür, Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan xalqı ta qədimdən burada yaşayıb, ermənilər sonradan ora köçürülüblər. Zəngəzur dəhlizinin Ermənistandan keçməsi gün kimi aydındır və bu, təkcə Azərbaycanın deyil, Ermənistanın da maraqlarına xidmət edir. Bu dəhlizin açılması Ermənistan büdcəsinə əlavə gəlirlər gətirəcək, eyni zamanda Ermənistan insanlarının, şirkətlərinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya çox rahat bir yol əldə etməsinə səbəb olacaq. Bu dəhlizin açılması Azərbaycanla Ermənistan arasında münasibətlərin dərinləşməsinə, normal qonşuluq münasibətlərinin oturuşmasına gətirib çıxaracaq”.

Siyasətçinin sözlərinə görə, Ermənistanın həm iqtidarı, həm də müxalifəti Zəngəzur dəhlizi məsələsində hələ tərəddüd edirlər:

“Bu məsələyə heç də aidiyyəti olmayan bir çox bəhanələr ortaya atırlar. Amma hesab edirəm ki, gec tez Ermənistan bu dəhlizin açılması haqqında razılıq verməli olacaq. Çünki dəhlizin açılması onun özünü saldığı izolyasiyadan çıxmasına səbəb olacaq, ölkəsinə investisiyalar gətiriləcək. Azərbaycanla yanaşı, Türkiyə ilə ticarət əlaqələri qura biləcək. Ermənistan bu tərəddüdündən əl çəkməli və son sözünü deməyi bacarmalıdır. Təəssüf ki, Ermənistan bu gün xaricdə bəzi dövlətlərin və dairələrinin oyuncağına çevrilib, onların Azərbaycana qarşı apardığı məkrli siyasətin bir alətidir. Heç bir ehtiyac olmadan silahlanması Ermənistanın heç də xoş niyyətindən xəbər vermir. Ermənistanın dörd dövlətlə qonşudur və təkcə Azərbaycanla onun çox ağır münasibətləri var. Azərbaycan bu məsələnin birdəfəlik həlli üçün danışıqların intensivləşdirilməsinə həmişə öz xoş münasibətini bildirib. Bu yaxınlarda delimitasiya məsələsinə dair komissiyanın toplaşması da Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətləri qurmasının istəyini göstərir və cənab Prezidentin dediyi sözlər həmişə öz əksini tapır”.

Bəs sülh müqaviləsi imzalanmasa, Ermənistanın sərhəddə atəşkəsi pozması davam edəcək?

Millət vəkili cavab verib ki, bu, Ermənistan hakimiyyətində fikir ayrılığının göstəricisidir:

“Hətta Ermənistan iqtidarında belə Azərbaycanla münasibətlərə fərqli yanaşan mərkəzlər var və bunlar toqquşur. Həm də onlar bu yolla Azərbaycanı təxribata çəkmək istəyirlər. Bəlkə də çox istərdilər ki, Azərbaycan da Ermənistan ərazisinə hansısa bir iş görəydi və Ermənistan bunu əlində bayraq edəydi. Amma Azərbaycan ərazi bütövlüyü məsələsini, digər dövlətlərin ərazi bütövlüyünə hörməti özü üçün əsas hesab edir. Biz təxribata getməyəcəyik, amma bununla belə, Ermənistan təxribatlarına da cavab verəcəyik. Ermənistan bu cür addımların - Azərbaycanla sülh müqaviləsinin uzadılmasının, Zəngəzur dəhlizi məsələsində tərəddüdün onun ziyanına işlədiyini hər halda düşülməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Yanvar 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri