Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 21 ili tamam olur.
Reyting.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ulu öndərin məzarı önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Bu mövzuda digər xəbərlər:Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
12 Dekabr 2024 10:25
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər KONKRET
12 Dekabr 2024 10:42
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12 Dekabr 2024 11:40
Baxış sayı:133
Bu xəbər 12 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















