Icma.az
close
up
RU
Prezidentin AMEA nın 80 illik yubileyində tarixi çıxışı: Müasir tarixi tədqiqatların yol xəritəsi

Prezidentin AMEA nın 80 illik yubileyində tarixi çıxışı: Müasir tarixi tədqiqatların yol xəritəsi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışında ölkə və qlobal miqyasda baş verən hadisələr ətraflı təhlil edilib, tarix sahəsində elmi tədqiqatların əsas istiqamətləri barədə vacib vəzifələr irəli sürülüb. AMEA-nın Tarix və Etnologiya İnstitutu dövlətimizin başçısının nitqində irəli sürülən bütün müddəaların, xüsusilə elmi-tədqiqat prioritetlərinə uyğun olan istiqamətlərin dərindən öyrənilməsi və həyata keçirilməsinə böyük önəm verir. Bu məsələlər institutun genişləndirilmiş Elmi şurasında müzakirə olunub, gələcək fəaliyyət üçün əsas kimi qəbul olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İclasda Elmi şura üzvləri və digər elmi əməkdaşlar çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirindəki çıxışında əksini tapan, xüsusilə tarix və etnologiya elm sahələri ilə bağlı müddəaların alimlər qarşısında yeni vəzifələr qoyduğu, yeni istiqamətlər müəyyənləşdirdiyi vurğulanıb. Azərbaycanın qədim dövlətçilik tarixinin, orta əsrlər tarixinin, müasir tarixinin tədqiqi, Qərbi Azərbaycan tarixinin və tarixi coğrafiyasının öyrənilməsi, xəritələrin, atlasların hazırlanması və s. məsələlərlə bağlı qarşıda duran vəzifələrdən bəhs edilib.

İnstitutun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov Azərbaycanda tarixə dair müasir çağırışların irəli sürülməsində və həyata keçirilməsində Prezident İlham Əliyevin rolundan bəhs edib. Bunun üçün Prezident İlham Əliyevin 2005, 2011, 2015 və 2025-ci illərdə AMEA-dakı nitqlərində tarixə dair müddəalar təhlil edilib. Qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı bir sıra mühüm xüsusiyyətlərə malikdir. Əgər əvvəlki çıxışlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövrünə təsadüf edirdisə, AMEA-nın 80 illik yubileyindəki çıxış Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövründə olub.

İnstitutun direktoru qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın yeni dövr tarixinin əsas istiqamətlərini, onun yol xəritəsini də müəyyən edib. Azərbaycanın dövlətçilik tarixinin, Qərbi Azərbaycan tarixinin, kartoqrafiyanın, tarixi-etnoloji problemlərin öyrənilməsində yeni istiqamətlər irəli sürülüb, rəqəmsal texnologiyalardan istifadənin aktuallığı və perspektivləri müəyyən edilib. Bütün bunlar nəzərə alınaraq Tarix və Etnologiya İnstitutu qarşısında duran əsas vəzifələr müəyyənləşdirilib. Belə ki, institutun 2026-2030-cu illər üçün fəaliyyət planı tərtib edilərkən bu vəzifələr əsas kimi qəbul ediləcək. Qarşıdakı dövrdə Tarix və Etnologiya İnstitutunda hazırlanmış “Azərbaycanın tarixi coğrafiyası”, Azərbaycanın tarixi atlası”, “Deportasiya 1948-1953”, ikicildlik “Zəngəzur tarixi”nin birinci cildi, “Müasir vandalizm: Ermənistan Azərbaycanın tarixi abidələrinə qarşı” və digər fundamental kitablar nəşr olunacaq. Uzun müddətdən sonra yeni konsepsiya əsasında hazırlanan bircildlik “Azərbaycan tarixi” çap olunacaq. Bununla yanaşı, 15 cildlik “Azərbaycan tarixi”, çoxcildlik “Qərbi Azərbaycan tarixi”, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinə həsr edilmiş “Böyük Qayıdış” toplusunun növbəti cildləri və digər kitablar nəşrə hazırlanacaq. Azərbaycanın tarixinə həsr edilmiş çoxcildlik də nəşrə hazırlanan kitablar içərisində xüsusi yer tutacaq. Nəşr işləri ilə yanaşı, Azərbaycan tarixi və etnologiyasına dair araşdırmalarla bağlı beynəlxalq elmi konfransların təşkili, həmin konfranslarda Azərbaycan tarixi və etnologiyasına aid məruzələr edilməsi diqqət mərkəzində olacaq. Azərbaycan tarixinə dair yeni mənbələrin elmi dövriyyəyə gətirilməsi üçün xarici ölkələrin arxiv və kitabxanalarına elmi ezamiyyətlər həyata keçiriləcək.

Müzakirələr zamanı irəli sürülən ideya və təkliflər əsasında Elmi şuranın müvafiq qərarı qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri