ABŞ nin YENİ PLANI: “Rusiya, İran və Zəngəzur...” Tofiq Zülfüqarovla MÜSAHİBƏ
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Yeni ilin ilk günlərindən dünyanın diqqəti Venesuelaya yönəlib. Amerika Birləşmiş Ştatlarının bu ölkədə həyata keçirdiyi əməliyyatlar, Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının tutularaq ABŞ-yə apalması maraqla izlənilir. Nələr baş verir? Nələr olacaq?
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a müsahibəsində bu və digər sualları cavablandırıb.
Onunla söhbəti təqdim edirik.
- ABŞ Venesuelanın prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə tutaraq, ölkədən çıxarıb. Bu hadisələr necə və niyə baş verir?
- ABŞ-nin Venesuala prezidentini tutub ölkədən çıxarması qanunidir və yaxud qanuni deyil, düzdür və ya düz deyil məsələsi barədə müxtəlif fikirlər səsləndirilə bilər. Bu müzakirələrin iştirakçısı olmaq istəmirəm, heç tərəfdarı da deyiləm.
İndi ABŞ prezidenti Donald Trampın öz qarşısına qoyduğu məsələ onunla bağlıdır ki, Amerika iqtisadi və texnoloji baxımından hegemon bir ölkəyə çevrilsin. Düzdür, texnoloji baxımından buna nail olmaq çətindir, çünki rəqabət çoxdur. ABŞ çalışır ki, hərbi imkanları istifadə edərək, təbii sərvətləri monopolist şəklində istifadə etsin. Başlıca məqsəd budur. Neft ixrac edən ölkələrdən geopolitik olaraq, müstəqil siyasət həyata keçirən 3 ölkə - Venesuala, İran və Rusiya - qalmışdı. İndi ABŞ onlardan birini (Venesualanı) tam şəkildə nəzarəti altına götürüb. Bildirir ki, biz bu ölkəni idarə edəcəyik, sonrasına isə baxarıq. Hesab edirəm ki, gələcəkdə belə bir planları varsa, Rusiya və İrana qarşı da hansısa addımları gözləmək olar. Bu strategiyaya uyğun olaraq ABŞ istəyər ki, neft və digər ehtiyatlara malik olsun. Görürsünüz ki, Ukraynada baş verənlər də təbii sərvətlərlə bağlıdır. Mən bu strategiyanı görürəm. Amma kim haqlıdır, kim haqlı deyil mələsindən artıq keçib. Beynəlxalq qanunlar çoxdan işləmir, biz bunu hamıdan yaxşı bilirik. Buna dair müzakirənin də tərəfdarı deyiləm.
- Sosial platformalarda belə yanaşlara da rast gəlmək olur ki, ABŞ Ukraynanı Rusiyaya, Kreml isə Venesualanı Vaşinqtona güzəştə getdi. Razılaşmaq olarmı?
- Bunu iddia etmək çətindir. Təhlilim onu götsərir ki, bu, onların istəyidir. ABŞ iqtisadi cəhətdən dominant güc olmağa çalışır. Bu, göz qabağındadır. Nəticə mən deyən kimidirsə, siyasi alver üçün yer var. Təbii ki, siyasətdə kiminsə maraqlarını qurban verməsi təbiidir. Bu, real siyasətdə normal qəbul olunur. Əslində ABŞ bu yanaşmanı bir neçə dəfə büruzə verib. Həmişəki kimi siyasi alver gedir.
- Dünyada “palitra”nın qarışdığı dönəmdə Azərbaycan uğurlu addımlarını davam etdirir və uğurlar qazanır...
- Azərbaycanın 44 günlük müharibədə zəfər qazanması ölkəmizin diplomatik bacarığını daha qabarıq göstərir. Bizdən qat-qat güclü ölkələr öz siyasətlərini yürüdüb, istəklərinə nail ola bilmirlər. Amma Azərbaycan istəklərinə nail ola bildi. Hər halda bu fikirlər də mövcuddur.
- ABŞ-nin Venesualaya hücumu ərəfəsində İranda etirazlar başladı. Bəzi ekspertlər bunu ABŞ-nin geniş planının tərkib hissəsi kimi dəyərləndirir. Doğrudan da Amerikanın hərəkətləndiyi dönəmdə İranın çalxalanması da təsadüfi görünmür. Tramp bildirib ki, İranda etirazçıların həbsi genişlənərsə, ABŞ prosesə müdaxilə edəcək. Sizcə, ABŞ İrana da “əl qoya” bilərmi?
- Məlumdur ki, İrana da daim təzyiqlər göstərilir. İndi isə vəziyyət daha real görünür. Rəsmi Tehran Suriya, Livan və digər yerlərdə məcbur qalıb, proseslərdən uzaqlaşdı. Yəni məğlub duruma düşdü. İsrail-İran toqquşması zamanı aparılan hərbi əməliyyatlardan gördük ki, İranın Hava Hücumundan Müdafiə Sistemi tab gətirə bilmədi. Bu da göz qabağındadır. Amma bəziləri deyirlər ki, İranın quru qoşunları qüdrətlidir. Quru qoşunlar isə aktual deyil. Hətta Ukraynada dron az qala əsgərin arxasınca “ov”a çıxır. İndi texnologiya müharibəsi gedir. Bu sahədə isə üstünlük Qərb tərəfindədir. İndiki mərhələdə bir məsələni qeyd etmək lazımdır ki, Qərb tərəfindən İran və onun siyasi rəhbərliyinə qarşı təzyiqlər ortadadır.
- Belə təhlillər var ki, Rusiya Amerika Suriya, Qarabağ və Venesuela məsələsində uduzdu. Sizcə, doğrudurmu?
- Bu, göz qabağındadır. Əsas məsələ ondadır ki, Rusiya texnoloji və iqtisadi baxımından ABŞ-yə uduzur. Moskvanın iqtisadi imkanları addım-addım daralır. Bu proses də göz qabağındadır. Hazırda Rusiya seçim qarşısındadır. Ya ABŞ-lə birləşib, Çinə qarşı çıxmalıdır, ya da məğlub olmalıdır. Seçim bundan ibarətdir. Rusiya isə istəyir ki, siyasi alverdə hansısa mövqe və maraqları müdafiə etsin.
- Amerikanın iqtisadi maraqlarının təminatı uğrundan hansı iş və ya əməllərə əl ata biləcəyi ortadadır. Zəngəzur dəhlizinin (TRRIP) işə salınması da Ağ Evin maraqlarına cavab verir. Rəsmi Bakı isə bu dəhlizin açılmasının tərəfdarı olduğunu dəfələrlə vurğulayıb. Prosesi uzadan isə Ermənistandır. Belə bir mqəamda ABŞ Paşinyan hökumətinə təzyiqlərini artıra bilərmi?
- Burada 5 ilin nəticəsini qeyd etmək olar ki, artıq addımbaaddım Ermənistan Zəngəzura aid suverenliyi itirməkdədir. İtirməkdədir deyəndə ki, orada həmişə Rusiya sərhədçiləri dayanıb. Amma rəsmi olaraq, 8 Noyabr sənədində birbaşa göstərilirdi ki, Ermənistanın suveren hüquqları alınmalı idi. Onda Ermənistan buna razılıq vermədi. İndi məsələ Amerikanın tərəfindən fərqli bir səpkidə irəli sürülür. Azərbaycan olaraq, məsələni açıq şəkildə qoyuruq ki, bizim dövlətin iki hissəsi arasında bağlantı olmalıdır. Bu məsələdə siyasi reallıq göz qabağındadır. Hələlik biz ona nail ola bilmişik ki, Ermənistanın bu ərazi üzərində suverenliyi sual altındadır. Artıq Zəngəzur problemi gündəmdədir.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Yanvar 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















