Icma.az
close
up
RU
Prezidentin bu ifadəsi geosiyasi və hüquqi məna daşıyan bəyanatdır

Prezidentin bu ifadəsi geosiyasi və hüquqi məna daşıyan bəyanatdır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Azərbaycan xalqının iradəsini, gücünü və birliyini nümayiş etdirdi. Müharibə dövründə Azərbaycan bir addım da geri atmadı, Ermənistan isə bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. 

Şanlı Azərbaycan Ordusu müharibədə erməni ordusunu darmadağın edib. Bu fakt Hərbi Qənimətlər Parkında da özünün real mənzərəsini göstərir. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Beynəlxalq təşkilatlar və dövlətlər işğalçı Ermənistana təzyiq göstərmədiyi üçün Azərbaycan öz gücünə problemi həll etdi. Xüsusilə Qələbənin əldə olunmasında xalqımızın Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu Qələbəmizi şərtləndirən amillər sırasındadır”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 30 il ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı: “Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Mayın 11-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı Kəngərli kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi tarixi bəyanatla Azərbaycanın 30 ildən artıq davam edən mübarizəsinin yekun qiymətini verdi. Dövlətimizin başçısı bəyan etdi: “Azərbaycan mütləq və tam qələbə qazandı”. Bu ifadə təkcə emosional deyil, həm də geosiyasi və hüquqi məna daşıyan bəyanatdır. Müasir tarixdə çox az sayda müharibə belə nəticə ilə bitib. Azərbaycanın Qarabağda əldə etdiyi zəfər bu baxımdan istisnadır. Nəzərə alaq ki, İkinci Dünya Müharibəsindən sonra dünyada baş verən silahlı münaqişələrin əksəriyyəti ya atəşkəslə, ya da qeyri-müəyyən razılaşmalarla başa çatıb. Bütün bunların fonunda Azərbaycanın müharibəni öz siyasi və hüquqi şərtləri ilə başa vurması dünyada nadir hadisədir. Azərbaycanın Vətən müharibəsində hərbi uğuru dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. Bu səbəbdən dünyanın bir sıra inkişaf etmiş ölkələri də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənməyə başladılar.  
44 günlük Vətən müharibəsində qazanılan zəfər, o cümlədən bir günlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla da bütün respublika ərazisində Konstitusiya quruluşu bərqərar edildi. Bu faktlar yalnız hərbi deyil, həm də hüquqi və mənəvi qələbədir. Artıq dünya ictimaiyyəti Azərbaycanın bu uğurunu rəsmən tanımağa başlayıb.

Eyni zamanda, dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə həbs olunaraq ədalət mühakiməsinə çıxarılıb.  Separatçıların rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması, etnik təmizləmə və müharibə cinayətləri ilə bağlı istintaq aparılması ədalətin bərpası baxımından mühüm addımdır. Bu proses Nürnberq tribunalını xatırladır. Çünki həmin məhkəmədə də müharibə cinayətləri törədənlər yalnız hərbi yox, hüquqi yollarla cəzalandırıldı. İkinci Dünya müharibəsində qanlı cinayətlər törətmiş faşistlərin layiq olduqları cəzaları alması dünya ictimaiyyəti tərəfindən dəstəkləndi.  Azərbaycan da analoji şəkildə qanunun aliliyini təmin edir.

Onu da qeyd etmək lazımdır ki, müharibə başa çatdıqdan sonra Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi təşəbbüsünü irəli sürüb. Bu məqsədlə dövlətimiz Ermənistana sülh sazişinin imzalanması təklif etdi. Yəni, müharibənin nəticələri artıq siyasi-hüquqi müstəvidə təsbit olunur. 2022-ci ilin oktyabrında Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanımağa məcbur oldu. Eləcə də, sərhədlərin delimitasiyası çərçivəsində ötən il Qazax rayonunun 4 kəndi qan tökülmədən Azərbaycana qaytarıldı. Həmçinin, dövlət sərhəddinin 12 kilometrlik hissəsi tam müəyyənləşdirilib. Beləliklə, sülh sazişi üzərində danışıqlar da real mərhələyə keçmiş oldu və bu ilin mart ayında tərəflər sazişin mətni üzərində tam razılığa gəliblər. Sülh sazişini imzalamaq üçün sadəcə, Ermənistan Azərbaycanın məlum şərtlərini yerinə yetirməlidir. Bunlar Azərbaycanın təkcə hərbi deyil, həm də diplomatik və hüquqi səviyyədə qalib çıxmasının sübutudur.
Beləliklə, Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqazda yeni reallıqların müəllifidir. Bu mənada Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi  “Biz mütləq və tam qələbə qazandıq” bəyanatı yeni bir dövrün əsasını qoyur. Bu yalnız ölkə daxilində deyil, bütün bölgə üçün yeni geosiyasi reallığın təməlidir. Bir sözlə, Azərbaycanın tarixi zəfəri gələcək nəsillər üçün möhtəşəm bir ərmağandır. Çünki şanlı zəfərimiz son 200 illik tariximizin ən mühüm hadisəsidir!”

Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see488

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see216

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see187

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see125

Üç dövlət, üç qardaş tək ürək

09 Noyabr 2025 02:18see120

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see120

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri