Icma.az
close
up
RU
Prezidentin humanizm siyasəti hüquqi islahatlarla uzlaşdırılır

Prezidentin humanizm siyasəti hüquqi islahatlarla uzlaşdırılır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan dövlətçilik modelinin əsas sütunlarından biri humanizm prinsipidir. Bu anlayış təkcə milli-mənəvi dəyər kimi deyil, eyni zamanda hüquqi-siyasi idarəetmənin ayrılmaz tərkib hissəsi kimi formalaşıb. Tarixi inkişaf mərhələləri göstərir ki, xalqımızın humanist dünyagörüşü dövlət siyasətində sistemli və ardıcıl şəkildə öz əksini tapır və bu yanaşma hüquqi dövlət quruculuğunun ideoloji əsaslarından birinə çevrilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən növbəti amnistiya təşəbbüsü də məhz bu konseptual yanaşmanın məntiqi davamıdır. Qanunun aliliyinin təmin edilməsi ilə humanizm prinsiplərinin uzlaşdırılması müasir hüquqi dövlət anlayışının əsas göstəricilərindən biridir. Azərbaycan bu sahədə yalnız deklarativ deyil, praktik və institusional yanaşma nümayiş etdirir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu hadisələr təkcə hərbi-siyasi qələbə deyil, həm də Konstitusiyanın aliliyinin və dövlətin hüquqi iradəsinin real tətbiqinin bariz nümunəsidir. Bu gün Azərbaycan Respublikasının bütün ərazisində konstitusiya quruluşunun tətbiqi hüquqi dövlətin tam suveren fəaliyyət göstərdiyini təsdiqləyir.

Belə bir tarixi mərhələdə amnistiya institutunun aktuallaşması təsadüfi deyil. Dövlətin gücü yalnız cəza mexanizmlərinin sərtliyi ilə deyil, həm də mərhəmət, sosial ədalət və insana hörmət prinsipləri ilə ölçülür. Amnistiya aktları hüquq sistemində humanist korrektə mexanizmi kimi çıxış edərək cəza siyasətinin islah və reinteqrasiya məqsədlərinə xidmət edir. Müasir Azərbaycan dövlətinin humanizm siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi dövründə qəbul edilən əfv sərəncamları və amnistiya aktları hüquqi dövlətin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər hüququn aliliyini təmin etməklə yanaşı, dövlətin cəza siyasətində mərhəmət prinsipinə xüsusi önəm verib. Məhz bu dövrdə amnistiya institutu siyasi qərar olmaqdan çıxaraq hüquqi dövlət mexanizminin tərkib hissəsinə çevrilib.

Bu siyasət Prezident İlham Əliyevin prezidentliyi dövründə ardıcıl və sistemli şəkildə davam etdirilib, eyni zamanda yeni keyfiyyət mərhələsinə yüksəldilib. Dövlət başçısının imzaladığı çoxsaylı əfv sərəncamları və irəli sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanın cəmiyyətə qayıdışına, sosial adaptasiyasına şərait yaradıb. Bu fakt Prezident İlham Əliyevin rəhbərliyi altında cəza siyasətinin humanist mahiyyət daşıdığını və hüquqi islahatlarla uzlaşdırıldığını göstərir. Humanizm siyasətinin qanunvericilik müstəvisində inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi təqdirə layiqdir. Onun Milli Məclisin deputatı olduğu dövrdə təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilən amnistiya aktları hüquqla mərhəmətin vəhdətinin parlaq nümunəsinə çevrilib.

Bu təşəbbüslər minlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, humanizm ideyasının parlament səviyyəsində institusionallaşmasına mühüm töhfə verib. Hazırda gündəmdə olan yeni amnistiya təşəbbüsü miqyasına görə əvvəlkilərdən daha geniş olmaqla, 20 mindən artıq şəxsi əhatə edəcəyi gözlənilir. Konstitusiyaya əsasən əfv sərəncamı imzalamaq və amnistiya təşəbbüsü irəli sürmək dövlət başçısının müstəsna səlahiyyətidir. Lakin Prezident İlham Əliyevin bu hüquqdan davamlı və ardıcıl istifadə etməsi onun siyasi liderliyinin humanist, nəcib və sosial məsuliyyətli mahiyyətini bir daha təsdiqləyir. Azərbaycan dövlət modelində humanizm hüquqi dövlət anlayışına zidd deyil, əksinə onu tamamlayan və gücləndirən əsas elementdir.

Amnistiya aktları yalnız hüquqi sənəd deyil, eyni zamanda cəmiyyətə ünvanlanan mənəvi-siyasi mesajdır: güclü dövlət yalnız qanunlarla deyil, mərhəmətlə də idarə olunur. Bu yanaşma ictimai etimadın möhkəmlənməsinə, sosial sabitliyin qorunmasına və milli həmrəyliyin daha da gücləndirilməsinə xidmət edir.


Tahir Mirkişili
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri