Icma.az
close
up
RU
Prezidentin Çinə səfəri: Qeyri neft sektoruna və “yaşıl enerji”yə yeni sərmayə imkanları açılır

Prezidentin Çinə səfəri: Qeyri neft sektoruna və “yaşıl enerji”yə yeni sərmayə imkanları açılır

News24 saytına istinadən Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində aparıcı şirkət rəhbərləri ilə keçirilən görüşlər Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə töhfə verəcək".

News24.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov paylaşım edib.

O qeyd edib ki, yeni dövrün yeni hədəflərindən biri məhz qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlbidir:

"Bu kontekstdən, aparıcı dövlətlərin şirkətləri ilə aparılan müzakirələr neftdən kənar sektorlar üçün yeni sərmayə imkanları deməkdir.

Təbii ki, Prezidentin keçirdiyi görüşlərdə də müzakirə olunan məsələlər sırasında Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və digər həm Azərbaycan, həm də region üçün mühüm məqamlar xüsusi yer tutur".

Millət vəkilinin sözlərinə əsasən, Prezidentin keçirdiyi görüşlər nəticəsində xüsusən qeyri-neft sektoruna daha çox sərmayə qoyuluşuna şərait yaranacağı gözlənilir:

"Bu isə ilk növbədə "yaşıl enerji" sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan Çinlə məhz bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Son görüşlər və imzalanan anlaşmalar da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdı. Azərbaycan bir tərəfdən regionda, xüsusilə Cənubi Qafqazda "yaşıl enerji" sahəsinə böyük diqqət ayıran ölkədir. Digər tərəfdən, ölkəmiz 2030-cu ilədək "yaşıl enerji"nin ümumi enerji balansındakı payını 35 faizə çatdırmağı, karbon emissiyalarını isə 40 faiz azaltmağı hədəfləyir.

Bu baxımdan aparılan təhlillər göstərir ki, Çinlə "yaşıl enerji" sahəsində əməkdaşlıq bir tərəfdən istehsal gücünün artmasına şərait yaradacaq, digər tərəfdən isə Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Gözlənilir ki, bu əməkdaşlıq nəticəsində uzun müddətdir planlaşdırılan və müzakirə olunan "yaşıl enerji" ixracının reallaşdırılması mümkün olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri