Icma.az
close
up
RU
Prezidentin amnistiya elan olunması təşəbbüsü hüquqi dövlətçiliklə humanizm arasında sağlam balansın qorunduğunu bir daha təsdiqləyir ŞƏRH

Prezidentin amnistiya elan olunması təşəbbüsü hüquqi dövlətçiliklə humanizm arasında sağlam balansın qorunduğunu bir daha təsdiqləyir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Prezidentinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü növbəti humanist addımdır. Sözsüz ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurularaq möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Məhz Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edildi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.

O qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” kontekstində amnistiya təşəbbüsü, eyni zamanda, hüquqi dövlətçilik və humanizm vəhdətidir: “Azərbaycan Prezidentinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü ölkədə hüquqi dövlətçilik prinsiplərinə sadiqliyin, insan hüquqlarına hörmətin və cəmiyyətin sosial-humanist dəyərlər üzərində inkişafının bariz nümunəsidir. Həmin addım yalnız hüquqi mexanizm kimi deyil, həm də dövlətin vətəndaşlarına münasibətində mərhəmət, ədalət və sosial məsuliyyət anlayışlarının ön planda tutulduğunu göstərən siyasi-hüquqi hadisə kimi qiymətləndirilməlidir. Sözsüz ki, amnistiyanın hüquqi və konstitusion mahiyyəti olduqca böyükdür. Amnistiya institutu Azərbaycan Respublikasının Konstitusiyasında və müvafiq qanunvericilik aktlarında təsbit olunmuş hüquqi mexanizmdir. Onun tətbiqi dövlətin cəza siyasətində diferensial və humanist yanaşmanın mövcudluğunu nümayiş etdirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həmin təşəbbüsün irəli sürülməsi xüsusi rəmzi məna daşıyır. Konstitusiya ölkədə hüquq və azadlıqların təminatçısı olduğu kimi, suverenlik anlayışı da dövlətin müstəqil qərarvermə iradəsini ifadə edir. Amnistiya məhz bu iki fundamental anlayışın vəhdətində güclü, lakin mərhəmətli dövlət modelinin təzahürü kimi çıxış edir”.

Deputatın sözlərinə görə, humanizm və sosial ədalət aspekti dövlət siyasətinin mahiyyətində mühüm yer tutur: “Amnistiya aktları cəmiyyətə reinteqrasiya imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır. Xüsusilə ilk dəfə az ağır cinayətlər törətmiş şəxslər, sosial həssas qruplara aid olan məhkumlar üçün bu cür qərarlar onların yenidən normal ictimai həyata qayıtmasına şərait yaradır. Bu, cəmiyyətin intiqam deyil, islah və sosial adaptasiya prinsipləri üzərində qurulduğunu göstərir. Dövlətin məqsədi yalnız cəzalandırmaq deyil, həm də vətəndaşın gələcəkdə qanuna hörmət edən fərd kimi formalaşmasına dəstək verməkdir. Təbii ki, dövlət siyasətində ardıcıllıq və beynəlxalq imicin möhkəmləndirilməsi də vacib xətti təşkil edir. Azərbaycanın son illər ərzində mütəmadi olaraq amnistiya və əfv aktları tətbiq etməsi dövlət siyasətində ardıcıllığın göstəricisidir. Bu yanaşma ölkənin beynəlxalq müstəvidə hüquqi və humanist dövlət kimi imicinin möhkəmlənməsinə xidmət edir. Xüsusilə suverenliyin tam bərpa olunduğu yeni tarixi mərhələdə bu cür təşəbbüslər Azərbaycanın gücünü təkcə hərbi və siyasi aspektdə deyil, hüquqi-mənəvi müstəvidə də nümayiş etdirir. Bu mənada Prezidentin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü hüquqi dövlətçiliklə humanizm arasında sağlam balansın qorunduğunu bir daha təsdiqləyir. Bu addım həm Konstitusiyanın ali hüquqi sənəd kimi cəmiyyətdə rolunu önə çıxarır, həm də suveren dövlətin öz vətəndaşlarına qarşı məsuliyyətli və mərhəmətli münasibətinin təzahürü kimi çıxış edir. Nəticə etibarilə, amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, eyni zamanda, dövlət–vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm ictimai-siyasi hadisədir”.

Sevinc Hüseynova vurğulayıb ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi fonunda ölkə başçısının amnistiya elan edilməsi təşəbbüsü mühüm əhəmiyyətə malikdir: “Çünki amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi isə onun mahiyyətini bir daha nümayiş etdirmiş olur. Bütün bunlar Azərbaycan dövlətinin hər zaman humanizm prinsiplərinə sadiq olduğunu, vətəndaşın sosial rifah halı ilə yanaşı, onun hüquq və azadlıqlarının təminatına vermiş olduğu yüksək önəmin bariz nümunəsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri