Prezidentin köməkçisi: İnsanlığa qarşı cinayətlərin icraçıları Bakıda qanun qarşısında cavab verir
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan qətiyyətli addımlar və məsuliyyətli dövlət idarəçiliyi ilə münaqişəyə özü son qoydu.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində deyib.
O qeyd edib ki, Azərbaycanın yanaşması yalnız münaqişəni sonlandırmayıb, həm də Cənubi Qafqazda uzunmüddətli barışığın və sülhün təməlini qoyub:
“Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir.
Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət bərqərar olacaq. Bu, hər bir münaqişədən sonrakı prosesin əsas tərkib hissəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.
Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa mərhələsinə qədəm qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















