Icma.az
close
up
RU
Prezidentin mesajı: Son çarə idi onu da etdik!

Prezidentin mesajı: Son çarə idi onu da etdik!

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib ki, Ermənistan və arxasında duranlar Qarabağı geri qaytarmaq fikrində deyildilər.

“Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni torpağımızı geri qaytarmaq fikrində deyildilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı”, – deyə dövlət başçısı bildirib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Prezidentin bu açıqlaması Azərbaycanın Qarabağ məsələsində 30 ildən çox davam edən sülh axtarışlarının nəticəsiz qalmasının əsas səbəblərini bir daha ortaya qoydu:

“Bakı beynəlxalq hüquqa söykənərək, danışıqlar yolu ilə ərazi bütövlüyünün bərpasını hədəfləyirdi. Lakin illər keçdikcə bu cəhdlər Ermənistanın destruktiv mövqeyi və beynəlxalq vasitəçilərin qeyri-effektiv fəaliyyəti nəticəsində nəticəsiz qaldı.

Prezidentin “Ermənistan tərəfi, onun arxasında duranlar… bu işğalı daimi etmək istəyirdilər” fikri, burada təkcə İrəvanın deyil, eyni zamanda bir sıra Qərb dairələrinin və böyük dövlətlərin Ermənistanın arxasında durmasına, onu siyasi və mənəvi olaraq dəstəkləməsinə işarədir. Bu, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin işğal altında saxlanmasına göz yumulması demək idi.

Burada Prezident açıq şəkildə geosiyasi reallığın altını cızır. Bəzi beynəlxalq güclər status-kvonu saxlamağa çalışırdı, çünki bu, onların maraqlarına uyğun idi. Lakin bu yanaşma nə regional sabitliyə, nə də beynəlxalq hüququn aliliyinə xidmət edirdi”.

Qabil Hüseynli

Politoloq qeyd edib ki, ölkə başçısının “bir şeyi hesablaya bilməmişdilər” sözləri həm düşmənə, həm də biganə beynəlxalq ictimaiyyətə ünvanlanan tənqidi və özünəinamlı mövqedir:

“Dövlət başçısının “əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı…” fikri, Azərbaycan tərəfinin müharibəyə son çarə kimi baxdığını, onun əvvəlcədən planlaşdırılmış bir aqressiya deyil, ədalətsizliyin doğurduğu cavab reaksiyası olduğunu izah edir.

Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın Qarabağ məsələsində keçdiyi səbirli, prinsipial və haqlı mövqeyin aydın xülasəsidir. Sülh yolu ilə torpaqların qaytarılmasını mümkün edən fürsətlərin siyasi eqoizm və beynəlxalq biganəlik üzündən əldən verilməsi, müharibəni qaçılmaz edib.

Azərbaycan artıq heç vaxt işğalla barışmayacaq və bu mesaj həm Ermənistana, həm də bölgədə geosiyasi oyunlar aparan qüvvələrə ünvanlanmış sabitlik çağırışıdır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri