Icma.az
close
up
RU
Prezidentin müsahibəsi Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir

Prezidentin müsahibəsi Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr ölkənin xarici siyasət prioritetlərinin açıqlanması, milli maraqların beynəlxalq ictimaiyyətə çatdırılması və regiondakı geosiyasi proseslərə təsir imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, dövlət başçısının "Əl-Ərəbiyyə” telekanalına müsahibəsi təkcə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsini deyil, həm də Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturasında formalaşan yeni reallıqları əks etdirir.

Müsahibə zamanı Prezident cənab Əliyev Azərbaycanın son otuz illik tarixi təcrübəsini, işğal və müharibə dövründəki strateji mövqeyini, həmçinin müstəqillikdən sonrakı mərhələdə əldə edilən uğurları qlobal auditoriyaya çatdırmışdır. O, həm sülh təşəbbüslərinin, həm də regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini vurğulamış, Azərbaycanın həm region daxilində, həm də beynəlxalq müstəvidə artan rolunu izah etmişdir.

Prezident cənab Əliyev müsahibəsində Ermənistanla otuz ildən artıq davam edən münaqişəyə toxunaraq bildirmişdir ki, 1990-cı illərdə Azərbaycanın ərazilərinin işğalı nəticəsində ölkənin 20 faizi işğal altında qalmış, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdir. 1994-cü il atəşkəsindən sonra danışıqlar prosesi nəticəsiz qalmış və yalnız 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir.

Bu mərhələ Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi oldu. Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, müharibə qələbəsi ilə Azərbaycanın həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etməsi regionun siyasi reallıqlarını köklü şəkildə dəyişmişdir. Bununla yanaşı, o, Ermənistanla sülh sazişinin paraflanmasının və qarşılıqlı ərazi bütövlüyünün tanınmasının strateji əhəmiyyətini vurğulamışdır.

Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də Zəngəzur dəhlizi və "TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinin perspektivləri olmuşdur. Cənab İlham Əliyev bu layihənin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıdığını bildirmişdir. Zəngəzur dəhlizi, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, həm də Avrasiya məkanında yeni nəqliyyat alternativləri yaradacaq.

Bununla yanaşı, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə "Böyük Qayıdış” Proqramını həyata keçirməkdədir. Dövlət başçısı qeyd etmişdir ki, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastrukturun bərpası və iqtisadi inkişafın təmin olunması ölkənin sosial-siyasi həyatında mühüm mərhələdir.

Müsahibədə ölkə başçısı Azərbaycanın balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasət kursunu da geniş şəkildə təqdim etmişdir. Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində əməkdaşlığa önəm verir, qonşu dövlətlərlə, o cümlədən İran və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Enerji siyasəti Azərbaycan diplomatiyasının əsas dayaqlarından biri olaraq xüsusi vurğulanmışdır. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırda 10 Avropa ölkəsini təbii qazla təmin edir və bu, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, Körfəz ölkələri ilə bərpaolunan enerji layihələrinin icrası Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirir.

Prezident cənab İlham Əliyev müsahibəsində Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə əsaslanan cəmiyyət modelini xüsusi qeyd etmişdir. Azərbaycanda müxtəlif dini təriqətlər və etnik qruplar arasında birgəyaşayış ənənələrinin qorunması və inkişaf etdirilməsi ölkənin müsəlman dünyasında nüfuzunu artıran əsas faktorlardan biridir. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə töhfəsini vurğulamış, təriqət ayrı-seçkiliyinin təhlükələrinə diqqət çəkmişdir. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində apardığı siyasətin davamı kimi beynəlxalq miqyasda da müsbət qarşılanmaqdadır.

Prezident cənab  İlham Əliyevin "Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilməlidir. Müsahibə, Azərbaycanın yalnız öz milli maraqlarını müdafiə etməklə kifayətlənmədiyini, həm də regional və qlobal sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinə töhfə verdiyini göstərir. Azərbaycanın sülh təşəbbüsləri, nəqliyyat dəhlizləri layihələri, enerji əməkdaşlığı və multikultural dəyərləri əsasında həyata keçirilən siyasət regional inteqrasiyanın dərinləşməsinə və beynəlxalq aləmdə daha etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət edir.

Beləliklə, Prezident cənab İlham Əliyevin bu müsahibəsi Azərbaycan dövlətinin siyasi kursunun aydın və sistemli şəkildə təqdimatı olmaqla yanaşı, həm də ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəd xarakteri daşıyır.

Fuad Hüseynzadə

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri