Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Prezidentin müsahibəsi dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün etibarlı mənbədir ŞƏRH AZƏRTAC

Prezidentin müsahibəsi dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün etibarlı mənbədir ŞƏRH AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Dünyanın geosiyasi mənzərəsinin sürətlə dəyişdiyi bir dönəmdə ölkələrin xarici strategiyalarında korrektələr aparılması, yeni istiqamətlərin müəyyənləşdirilməsi zərurəti yaranıb. Dünyanın aparıcı dövlətləri yenidən vüsət alan “soyuq müharibə”də inkişaf etməkdə olan ölkələrdən bir sıra hallarda alət kimi istifadə edirlər. Bu da siyasi gərginliyin bir sıra hallarda hərbi müstəviyə keçməsinə səbəb olur. Yalnız müstəqil xarici siyasət yürüdən, milli iradəsi güclü olan siyasi liderlər bu prosesdə tərəfsizliklərini qoruyub saxlayır, balanslı yanaşma sərgiləyirlər. Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bu nüansları aydın görmək mümkündür. Müsahibədə Qarabağda əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranan reallıqlar, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlər, bəzi Qərb dövlətlərinin Cənubi Qafqazda gərginliyin yaradılmasına hesablanan siyasətləri və Kremlə qarşı beynəlxalq miqyasda aparılan kampaniya fonunda Rusiya-Azərbaycan əlaqələrinə geniş aydınlıq gətirilib. Bu müsahibə dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün müfəssəl və etibarlı mənbədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, hazırda dünyada, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün müstəqil, balanslı xarici siyasi kurs yürütmək olduqca çətindir: “Azərbaycan çox az sayda dövlətlərdən biridir ki, tam müstəqil və həm də qətiyyətli xarici siyasət yürüdür. 2021-ci ildə Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsinin, 2022-ci ildə isə Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bunun bariz nümunəsidir. Prezident İlham Əliyev Rusiya mətbuatına çox açıq şəkildə bildirdi ki, Azərbaycan və Türkiyə bir-biri ilə sıx tellərlə bağlı iki dost, qardaş, müttəfiq ölkələrdir. Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. Həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyi var ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşərsə, köməyə gəlməlidir. Bu da o deməkdir ki, bu iki dövlətin bir-birinin ərazisində hərbi bazasının olmasına ehtiyac yoxdur. Prezident strateji müttəfiqlik üzərində qurulan Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsindən də məmnunluğunu ifadə edib. Dünyanın siyasi mənzərəsinin dəyişdiyi bir zamanda Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın qorunub saxlanılması olduqca vacibdir. Ermənistandan fərqli olaraq biz Rusiya ilə münasibətləri geosiyasi avantüralar üzərində qurmuruq. İki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollara çatıb. Biz Rusiya ilə həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətik. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin hüquqi və siyasi bazasını daha da möhkəmləndirib. Rusiya ilə Azərbaycanın etibarlı tərəfdaş olmasına nə Azərbaycanda, nə də Rusiyada heç kim şübhə ilə yanaşmır. İqtisadi əlaqələrimiz genişlənir. Rusiya vətəndaşları Azərbaycanda, azərbaycanlılar isə Rusiyada özlərini tam təhlükəsiz hesab edirlər. Cənubi Qafqazın yeganə ölkəsiyik ki, orta və ali məktəblərdə rus dili bölmələri fəaliyyət göstərir. 320-dən artıq məktəbdə təhsil rus dilində tədris olunur”.

Deputat Prezidentin müsahibəsində Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılmasından haqlı narahatlığını ifadə etdiyini vurğulayıb: “Sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin yetişdiyi bir zamanda, xüsusilə də Makron hökumətinin Ermənistanı öldürücü hücum silahları ilə təmin etməsi anlaşılmazdır. Azərbaycan üçün praktiki təhlükə yaradan bu silahdarlara seyriçi yanaşa bilmərik. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dəfələrlə Azərbaycan Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına silahlanmaya son qoyulması çağırışını edib, amma nəticəsi olmayıb. 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirlərindən nəticə çıxarmayan Ermənistanın təxribat xarakterli fəaliyyətlərini cavabsız qoymaq niyyətində deyilik. 2025-ci il üzrə hərbi büdcəmiz rekord həddə - 5 milyard dollar civarında olacaq. Səfalət içərisində yaşayan Ermənistan Azərbaycanla silah yarışına girəcək gücdə deyil. Yaxşı olardı ki, Ermənistan qisasçılıq hissini bir kənara qoyub gələcəyə boylansın. 17 maddəlik sülh təklifinin razılaşdırılmayan 2 maddəsi üzərində baş sındırsalar, bu onların xeyrinə olar. Burada söhbət qarşılıqlı olaraq beynəlxalq iddialardan əl çəkmək və avropalı müşahidəçilər adı altında NATO qüvvələrini Azərbaycanla sərhəddə yerləşdirməməkdən gedir. Ermənistan, həmçinin öz Konstitusiyasını dəyişdirməlidir. Orada Azərbaycana ərazi iddialarının yer aldığı müddəalar var; keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə obyektiv şərtdir. ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün də İrəvan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan başqa, Ermənistan deportasiyaya məruz qoyduğu azərbaycanlıların qayıdış hüququnu tanımalıdır. Biz sülh sazişindən danışırıqsa, normal, insani mühit yaradılmalıdır. Bir tərəfdən öldürücü silahlar əldə et, bir tərəfdən Azərbaycanla sərhədə xarici müşahidəçiləri cəmləşdir, iddialar irəli sür, digər tərəfdən isə özünü sülhpərvər göstər, bunlar siyasi riyakarlıqdan başqa bir şey deyil”.

Tahir Mirkişili qeyd edib ki, Prezidentin müsahibədə Azərbaycanın iqtisadi potensialı, neft-qaz, yaşıl enerji strategiyasına dair səsləndirdiyi fikirlər, rəqəmlər ölkəmizin iqtisadi siyasətinin vektorlarının dəqiqliyindən xəbər verir: “Ermənistanda və Gürcüstanda Qərbin oynadığı çirkin oyunlar nəticəsində yaranan qarışıqlıq, geriləmələr, Ukraynadakı vəziyyət, Yaxın Şərqdəki təlatümlər fonunda Azərbaycanda quruculuq işlərinin fasiləsiz həyata keçirilməsi düşünülmüş rasional dövlət siyasətinin mövcudluğundan və ən əsası Azərbaycan Prezidentin siyasi və iqtisadi bacarığından, uzaqgörənliyindən xəbər verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri