Icma.az
close
up
RU
Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı

Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində vacib mesajlar yer alıb. Ölkə başçısı vaxtaşırı qarşıda duran problemlərin həlli ilə bağlı iqtidarın apardığı siyasət barəsində cəmiyyət qarşısında çıxış edir. İlə yekun vurmaqla dövlət başçısı aparılan siyasətin milli maraqlara uyğun olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil olmaq xəttini bir daha qətiyyətlə vurğuladı. Azərbaycanın gördüyü işlərin vətəndaşların marağında olduğuna dair çoxsaylı nümunələr gətirildi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Hakimiyyət, şəxsən cənab Prezident ölkə vətəndaşının maraqlarını aparılan siyasətin mərkəzində qoyur. Ölkə iqtisadiyyatı güclənir, qeyri- neft sektoru aparıcı xəttə bağlıdır. Sosial proqramlar icra olunur. Bu sahəyə hər dəfə əlavə vəsaitlər ayrılır. İşğaldan azad edilən ərazilərdə məskunlaşma üçün böyük işlər görülür”, - deyə o əlavə edib.

Millət vəkili bildirib ki, ölkə başçısının da açıqladığı kimi azad edilən ərazilərdə 30 minə qədər insanın yaşadığı və işlədiyi məlum oldu:

“Ölkəmizin təhlükəsiz şəraitdə olduğu, vətəndaşın yaşayışına hər hansı təhlükənin olmadığı sistemin yaradıldığı vurğulandı. Prezident seçkilərində özünə olan etimadı yüksək qiymətləndirən ölkə başçısı bu etimadı həmişə doğruldacağını bəyan etdi. Hər bir vətəndaş cənab Prezidentin bu etimadı doğrultduğunun fərqindədir. Onun Azərbaycan üçün etdiklərinin tarixi addım olduğunu xalqımız görür və qiymətləndirir”.

Deputat Azərbaycana qarşı kəsilməyən “kampaniya” barəsində də ölkə başçısının açıq mesajlar verdiyini söyləyib:

“Bakıda noyabr ayında baş tutmuş COP29-a qarşı aparılan anti-təbliğata baxmayaraq o uğurla başa çatdı bildirdi. Bu 11 ay ərzində möhtəşəm, istənilən dövlət üçün böyük tədbir olan COP29-a hazırlığın yüksək səviyyədə həyata keçdiyini göstərdi. Eyni zamanda Ermənistanla münasibətlər məsələsi yenə də Azərbaycanın ana xəttində bir yer tutduğu bildirildi. Ermənistanın bu gün ehtiyac olmadan silahlanmasını region və Azərbaycan üçün təhlükələri önə çəkildi. Heç bir təhlükə və təhdid olmadan Ermənistan silahlandırılır. Bu işdə ona dəstək verən ölkələr var və onun Azərbaycana qarşı düşmən mövqedə olmasını istəyən qüvvələr mövcuddur. Eyni zamanda Ermənistanın özündə də belə dairələr kifayət qədərdir. Ölkə Prezidenti onları bir daha bu əməldən çəkinməyə və Azərbaycanla hər hansı bir sahədə yarışmağın Ermənistan üçün mümkün olmaması qarşı tərəfə çatdırıldı”.

Aydın Mirəzadə hesab edir ki, Prezident İlham Əliyevin yeni il təbriki görülən işlərin uğurlu nəticələri barəsində hesabat idi:

“Bu həmçinin ölkə üçün məsuliyyət hissinin nümayişidir. Hər bir vətəndaş ölkə başçısının tədbirikindən qürur hissi duydu. Vətəndaşlarımız dövlət başçısına təşəkkür edərək, bundan sonra da Onu dəstəkləyəcəklərini ruh yüksəkliyi ilə qeyd edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 01 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri