Icma.az
close
up
RU
Priqojin həbsxanadan döyüşə apardı, Putin onu təltif etdi “Vaqner”ə qoşulan azərbaycanlının hekayəsi

Priqojin həbsxanadan döyüşə apardı, Putin onu təltif etdi “Vaqner”ə qoşulan azərbaycanlının hekayəsi

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Pul və Rusiya vətəndaşlığı qarşılığında “Vaqner” silahlı birləşməsinin tərkibində Ukraynaya qarşı döyüşlərdə iştirak etmiş azərbaycanlı İsmayıl Həsənov bu əməlinə görə cəzalandırılıb. O, Cinayət Məcəlləsinin 279.1-ci (qanunda nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak) maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm noyabrın sonunda Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Tovuz rayon sakini, 51 yaşlı İ.Həsənov 2025-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, bundan əvvəl Rusiyada qəsdən adam öldürmə və digər ittihamlarla 12 il həbs cəzası almışdı.

Cinayət işinin materiallarında bildirilir ki, Rusiyada cəza çəkdiyi dövrdə – 2022-ci ilin noyabrında cəzaçəkmə müəssisəsinə “Vaqner”in rəhbəri Yevgeni Priqojin gəlib və döyüşə getmək istəyən məhbuslarla razılaşıb. Onların arasında İsmayıl Həsənov və 34 yaşlı Ramil Əliyev də olub.

Razılaşmaya əsasən, İ.Həsənov cəzasının qalan hissəsindən azad edilərək 6 aylıq müharibəyə göndərilib. Müqaviləyə görə, o, Ukraynaya qarşı döyüşlərdə iştirak etməli, qarşılığında isə 911 min rubl (təxminən 18 min manat) və Rusiya vətəndaşlığı almalı idi. O, 2022-ci il noyabrın 25-də Rostov şəhərində “Vaqner”lə müqavilə imzalayıb və daha sonra Luqansk vilayətinə aparılıb.

Həsənov məhkəmədə hər şeyi təsdiqləsə də, birbaşa döyüş səhnələrində iştirak etmədiyini, əsas vəzifəsinin ölən və yaralanan rus hərbçilərinin cəbhədən çıxarılması olduğunu deyib.

2023-cü ilin mayında 6 aylıq müddət başa çatdıqdan sonra o, Rostov yaxınlığına gətirilib və ona müqavilədə nəzərdə tutulan məbləğ ödənilib. Bundan əlavə, döyüş iştirakına görə medal və fəxri fərman verilib. Müqavilə əsasında vuruşan digər məhkumlarla birlikdə ona Rusiya nömrəsi olan sadə mobil telefon da təqdim olunub.

Bir müddət sonra “Vaqner” rəhbərliyi ona aylıq 25 min rubl qarşılığında Ukrayna, Mali və Suriyada muzdlu döyüşçü kimi fəaliyyət göstərməyi təklif edib. Həsənov isə bu təklifi rədd etdiyini bildirib.

Müharibədən qayıtdıqdan sonra vəd edildiyi kimi, o, Rusiya vətəndaşlığı alıb və Rusiya prezidenti Vladimir Putinin 23 aprel 2023-cü il tarixli fərmanı ilə “Şücaətə görə” medalı ilə təltif olunub.

İ.Həsənov deyib ki, Ukrayna müharibəsində iştirakın cinayət məsuliyyəti yaradığını bilməyib və əməlinə görə peşmandır. O, Rusiyada cəza çəkərkən qalan 3 il 6 ayını Azərbaycanda çəkmək üçün iki dəfə müraciət etdiyini, lakin imtina aldığını bildirib. Üç azyaşlı övladı var və onların ən kiçiyi 2024-cü ildə dünyaya gəlib.

Bu ilin oktyabrında “Europol” “Vaqner” və “Redut” özəl hərbi şirkətlərinin döyüşçüsü olmaqda şübhəli bilinən azı 650 nəfərin kimliyini müəyyənləşdirdiyini açıqlayıb. Onların arasında Azərbaycan vətəndaşları da var.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri