Icma.az
close
up
RU
“Priqojin sağdır” Vaqner döyüşçüsündən sensasion iddia interneti qarışdırdı

“Priqojin sağdır” Vaqner döyüşçüsündən sensasion iddia interneti qarışdırdı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Turkustan.az xəbər verir ki, internet məkanında Yevgeni Priqojinlə bağlı yeni və sensasion iddia yayılıb. Özünü “Vaqnerin keçmiş döyüşçüsü” kimi təqdim edən şəxs paylaşdığı açıqlamada bildirib ki, 2023-cü ilin avqustun 22-də qəzaya uğrayan təyyarədə Priqojin ümumiyyətlə olmayıb.

Onun sözlərinə görə, Priqojin həmin gün başqa marşrut üzrə hərəkətdə olub və Afrikada xüsusi missiya çərçivəsində “dövlət adından” fəaliyyətini davam etdirir:

“Priqojin sağdır. O vaxt təyyarədə yox idi. Hazırda Afrikadadır. Bizimlə də əlaqə saxlayır”, – iddia sahibi qeyd edib.

İnternet məkanında yayılan məlumatda həmin şəxsin “Priqojinlə rabitə saxladığını”, hətta “onun öz səsi və ya videosu ilə sübutların mövcud olduğunu” iddia etdiyi bildirilir. Lakin səsləndirilən bu sözlərə dair heç bir müstəqil təsdiq yoxdur.

Xatırladaq ki, Rusiya rəsmiləri 2023-cü ilin 23 avqustunda Tver bölgəsində qəzaya uğrayan “Embraer” tipli biznes-jetdə Priqojinin də olduğunu bəyan etmiş, daha sonra Araşdırma Komitəsi genetik identifikasiya nəticələrinin uyğun gəldiyini elan etmişdi.

Bununla belə, sosial şəbəkələrdə bu qəzanın “səhnələşdirildiyi”, Priqojinin isə Afrika ölkələrində gizli missiya yerinə yetirdiyi barədə nəzəriyyələr vaxtaşırı yenidən gündəmə gəlir. Son paylaşılan “Vaqnerçi açıqlaması” isə bu mübahisələri yenidən alovlandırıb.

Hazırda rəsmi qurumlardan bu iddiaya hər hansı reaksiya verilməyib. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri