Icma.az
close
up
RU
Problem doğrudanmı söyüş idi? Səkkiz serialının pərdəarxası

Problem doğrudanmı söyüş idi? Səkkiz serialının pərdəarxası

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Mirmehdi Ağaoğlunun "Səkkiz" serialı haqqında yazısını təqdim edir.

Son illər özünü rejissor kimi də sınayan sevimli aktyor Hikmət Rəhimov “Səkkiz” adlı serial çəkib. Filmin ilk bölümünün kinoteatrda təqdimatı olub, sonra ARB kanalında ilk bölümü nümayiş etdirilib. İlk bölümün nümayişi zamanı səsləndirilən qeyri-etik ifadələr biplənmədiyi üçün söyüşlər necə var, o cür də efirə gedib.

Buna görə Audiovizual Şura telekanalı cəzalandırdı. Bu ərəfədə serialın ikinci bölümünün də kinoteatrda təqdimatı oldu. Lakin sonra qəfildən filmin televiziyada, kinoteatrda, hətta yutubda nümayişi aradan qaldırıldı. Hələ ki, Hikmət Rəhimovun yumşaq açıqlamasından başqa heç bir tərəf fikir bildirmir və tamaşaçılar bilmir ki, filmin nümayişi niyə aradan qaldırılıb. Hərçənd niyə aradan qaldırılması aydındır, lakin bunu qanun çərçivəsində izah edən olacaqmı?

Hələ ki, cavab yoxdur.

Qanunlar filmin nümayişi üçün heç bir maneə görmür. Bəs o zaman filmin nümayişi niyə dayandırılır? Söyüşə görə?! Axı bu binəva Hikmət Rəhimov filmin istehsalı, məhz İSTEHSALı üçün filan qədər xərc çəkib! O qədər pulu necə geri qaytaracaq? Mən hələ qazancı demirəm.

Mən “istehsal” sözünü, bu iqtisadi termini nahaq yerə işlətmədim. Gəlin, bir anlıq Hikmət Rəhimova rejissor-aktyor-yaradıcı adam kimi yox, iqtisadi subyekt – sahibkar kimi yanaşaq.

Sahibkar məhsul istehsal edib və hansısa səbəbdən ona məhsulunu satmağa icazə verilmir. Bir sahibkar ziyandadır. İndi məsələ necə olsun?! Onun zərəri necə ödənilsin?

Sonra da deyirik, Azərbaycanda kino inkişaf etmir.

Nə vaxta kimi rejissor qorxa-qorxa film çəkəcək, ərsəyə gətirdiyi işin nümayişinin gerçəkləşib-gerçəkləşməyəcəyindən əmin olmayacaqsa, o vaxta kimi də müstəqil kino mühiti olmayacaq. Rejissor da həmişə dövlətin əlinə baxacaq.

Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri "Qaraca qız"ın premyerası olub Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see441

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see324

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see323

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see288

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see266

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see263

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see263

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see236

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see233

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see229

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see228

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see227

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see210

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see208

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see208

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see190

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see188

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see187

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see184

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri