Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Problemi yaradan Xəzər deyilmiş... Professor gizlinləri AÇIQLADI

Problemi yaradan Xəzər deyilmiş... Professor gizlinləri AÇIQLADI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin su ehtiyatlarının qorunması məqsədilə Xəzəryanı ölkələr arasında dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklif edib. Tokayevin sözlərinə görə, Xəzərin dayazlaşması həm regionun ekologiyasına, həm də iqtisadiyyatına ciddi təsir göstərir və bu problem yalnız beş dövlətin səylərinin birləşdirilməsi ilə həll oluna bilər.

Bəs bu təşəbbüs Xəzərin ekoloji vəziyyəti üçün nə kimi imkanlar və faydalar yarada bilər? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirdi ki, sovet hökuməti dağılandan sonra belə bir sistem yaranmalı idi:

"Xəzərdə gedən prosesləri həm elmi səviyyədə, həm də ekoloji baxımdan baş verən neqativ və pozitiv hadisələrin hamısını tədqiq etmək və bir yerdən idarə etmək üçün vahid bir monitorinq sisteminin yaradılması zəruridir. O ki qaldı Xəzərin səviyyəsinin azalması və dayanması prosesinə, bu proses Xəzər dənizi üçün təbii bir haldır. Son 100 ildə, 1930-cu ildən bu günə qədər Xəzər dənizinin səviyyəsində üç dəfə kəskin dəyişmə müşahidə olunub. Deməli, Xəzər dənizinin səviyyəsi 1930-dan 1977-yə qədər 3,8 metr aşağı düşüb, 1978-dən 1995-ə qədər 2,5 metr qalxıb. 1996-dan bu günə qədər isə 2,2 metr aşağı düşüb. Bu, Xəzərin təbii prosesidir və burada əsas rolu iqlim faktoru oynayır.

İkinci dayazlama səbəbi isə Xəzər dənizinə gələn suların səmərəsiz istifadəsidir, yəni antropogen təsirlərdir. Xüsusilə Volqa çayının gətirdiyi su Xəzərə daxil olan suyun 80%-dən çoxunu təşkil edir. Volqa çayı 3500 km məsafədə Rusiya Federasiyası ərazisindən keçir və burada 100 milyondan çox əhali yaşayır. Bu əhalinin suya olan tələbatını ödəmək üçün Volqanın suyundan geniş istifadə olunur: həm içməli su, həm kənd təsərrüfatı, həm də energetikada. Xırda su anbarları tikilir, hidroelektrik stansiyalar qurulur və digər sahələrdə istifadə olunur ki, bu da Xəzərə gələn suyu azaldır. Nəticədə son 30 ildə Xəzər dənizinə tökülən Volqa çayının suyunda 25-30% azalma müşahidə olunub".

Müsahibimiz əlavə etdi ki, Volqa çayının suyunun azalmasının digər səbəbi iqlim dəyişiklikləridir:

"Şimali Atlantika okeanının enerji aktiv zonalarında formalaşan siklon və antisiklonlar Xəzər hövzəsinə daxil olur və yağıntıların miqdarına təsir göstərir. Son illərdə bu atmosfer hadisələrinin trayektoriyaları dəyişib və nəticədə Xəzər hövzəsinə düşən yağıntıların miqdarı azalıb. Digər tərəfdən, Xəzər dənizinin su balansının çıxış hissəsini təşkil edən buxarlanma da artıb. Dünyada gedən istiləşmə prosesi buxarlanmanı sürətləndirib. Buna görə də Xəzərin həm buxarlanması, həm də gələn suyun azalması səviyyənin düşməsinə səbəb olub. Bu proses təbiidir və əvvəllər də müşahidə olunub. Son 4000 illik materiallar göstərir ki, Xəzərin səviyyəsində 250 il qalxma, 250 il enmə müşahidə olunub. Sonuncu dəfə ən böyük yüksəklik 1805-ci ildə müşahidə olunub və o vaxtdan bəri Xəzərin səviyyəsi mütəmadi olaraq aşağı düşür. Bu prosesin bu əsrin ortalarına qədər davam edəcəyi və Xəzərin yenidən qalxacağı gözlənilir. Bu, katastrofik hal deyil.

Məsələn, Bakı buxtasında Səbail qalası ərazisinin karvansara hissəsi artıq suyun altında görünməyə başlayıb, amma əvvəllər də bu cür hallara rast gəlinib. Dərbənd qalası 6-cı əsrdə tikiləndə Xəzərin səviyyəsi bundan da aşağı olub. Ümumiyyətlə, Xəzərin yaşaması onun səviyyəsinin qalxıb-enməsindədir. Bəxtiyar Vahabzadənin bir şeirində deyildiyi kimi: "Şam əgər yanmırsa, yaşamır demək". Xəzərin də səviyyəsi dəyişmirsə, deməli, o yaşamır".

Professorun sözlərinə görə, bəzi neqativ proqnozlar verilsə də, onların elmi əsası yoxdur. Şöbə müdiri qeyd etdi ki, Xəzərin səviyyəsini iqlim, yəni hava şəraiti müəyyən edir və gələcəyə proqnoz vermək çətindir..

"Hazırda ən yaxşı proqnoz üç günlük hava proqnozudur; həftəlik proqnozun doğruluğu isə yalnız 50%-dir. Buna görə də bir ildən və ya beş ildən sonra Xəzərin səviyyəsinin necə olacağını dəqiq demək mümkün deyil. Son 10 min ildə Xəzərin səviyyəsinin dəyişmə qrafikləri göstərir ki, Xəzər qalxır və enir. Məsələn, 2000 il əvvəl dəyişmə amplitudu 12 metr olub, son 200 ildə isə 4 metrdir. Bu 4 metr Xəzərin təbiət tərəfindən müəyyən edilmiş intervalıdır və bundan kənara çıxmayacaq. Problemi yaradan Xəzər deyil, Xəzərlə təmasda olan təsərrüfat sahələridir: gəmiçilik, balıqçılıq, neft və qaz sənayesi. Bu sahələr Xəzərin səviyyəsi dəyişəndə ziyan görür. Xəzərlə adaptasiya olmaq, onun qayda-qanununu bilmək və onunla bərabər yaşamaq lazımdır. Xəzərin Qazaxıstan tərəfdən təşəbbüsü ilə bağlı olaraq qeyd etmək olar ki, Xəzər beş ölkənin birgə məhsuludur. Ona görə də vahid monitorinq sistemi yaradılmalıdır ki, Xəzər haqqında bütün məlumatları təqdim etsin: həm çirklənmə, həm səviyyə dəyişikliyi. Müxtəlif ölkələrin çirklənmə mənbələri tam açıqlanmır və gizlədilir. Vahid sistem həm bütün problemləri həll etməyə, həm də Xəzəri qorumağa imkan verəcək. Xəzər gələcək nəsillər üçün çox vacib coğrafi məkandır", - deyə Əmir Əliyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri