Icma.az
close
up
RU
Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər EKSPERT AÇIQLADI

Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər EKSPERT AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bakıda bəzi yollar var ki, bu yollar sürücüləri istər-istəməz cərimələrlə üz-üzə qoyur. Bu halların yaşanmasının əsas səbəbləri arasında yol nişanlarının kifayət qədər aydın və vaxtında yerləşdirilməməsi, bəzi küçələrdə hərəkət istiqamətinin tez-tez və xəbərdarlıq edilmədən dəyişdirilməsi, sürücülərin yeni qaydalardan yetərincə məlumatlı olmaması və bəzi hallarda kameraların olduqca strateji, lakin mübahisəli mövqelərdə yerləşdirilməsi dayanır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bir çox sürücü, xüsusilə şəhərdə yeni hərəkət edənlər və ya əraziyə bələd olmayanlar, bilmədən qaydanı pozur və cərimələnirlər. Bu problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər: "İlk növbədə, yol infrastrukturu ilə məşğul olan qurumlar, xüsusilə tez-tez cərimə yazılan yolları təhlil etməli və bu ərazilərdə yol nişanlarının yerləşdirilməsini yenidən gözdən keçirməlidirlər. Əgər hansısa yolun girişində dayanma və ya hərəkət qadağandırsa, bu barədə sürücülərə əvvəlcədən və aydın şəkildə xəbər verilməlidir. Nişanlar görünməyən və ya qarışıq yerlərdə yox, diqqətçəkən və sürücülərin vaxtında reaksiya verə biləcəyi mövqelərdə olmalıdır. Eyni zamanda, texniki nəzarət kameralarının yerləşdirilməsi də şəffaf şəkildə aparılmalıdır. Məqsəd cərimə yazmaq yox, qayda pozuntularının qarşısını almaq olmalıdır. Əgər müəyyən kamera hər gün yüzlərlə sürücünü eyni qaydada cərimələyirsə, bu artıq həmin ərazidə qaydaların aydın olmamasından və ya nişanların düzgün qurulmamasından xəbər verir. Belə hallarda təhlil aparılmalı və dəyişikliklər edilməlidir.

Digər tərəfdən, sürücülərin maarifləndirilməsi də olduqca vacibdir. Yeni yol hərəkəti qaydaları ilə bağlı məlumatlar dövri olaraq KİV-lərdə, sosial şəbəkələrdə, eləcə də naviqasiya proqramlarında paylaşılmalıdır. Sürücülər də məsuliyyətli davranmalı, hərəkət etdikləri marşrut üzrə nişanlara və yeni qaydalara diqqətlə yanaşmalıdırlar. Nəticə olaraq, Bakıda bəzi yolların sürücülər üçün cərimə tələsinə çevrilməsi nə yol polisinin məqsədi olmalı, nə də sürücülərin daimi problemi halına gəlməlidir. Bu problemin həlli həm dövlət orqanlarının düzgün planlaşdırma və nəzarəti, həm də vətəndaşların qaydalara riayət etməsi ilə mümkündür. Beləliklə, həm yol hərəkəti təhlükəsizliyi təmin olunar, həm də sürücülər haqsız cərimələrdən qorunmuş olarlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri