Icma.az
close
up
RU
Professor Abdulla Sofiyev beynəlxalq elmi reytinqdə Azərbaycan üzrə birinci olub

Professor Abdulla Sofiyev beynəlxalq elmi reytinqdə Azərbaycan üzrə birinci olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul, 8 sentyabr, AZƏRTAC

“Research.com” beynəlxalq akademik qiymətləndirmə platformasının 2026-cı il reytinqində professor Abdulla Avey Sofiyev maşinqayirma və aerokosmik mühəndislik sahəsində Azərbaycan üzrə birinci yerə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, platformanın məlumatlarına görə, Sofiyevin D-indeksi 47, qiymətləndirməyə daxil edilən elmi nəşrlərinin sayı 171, həmin işlərə edilən istinadların sayı isə 6636-dır. O, dünya sıralamasında 1288-ci yerdədir.

A.Sofiyevin elmi araşdırmaları kompozit və nanokompozit strukturlar, funksional qradasiyalı materiallar, qabıq mexanikası, vibrasiya, burulma, dayanıqlıq problemləri və riyazi modelləşdirmə istiqamətlərini əhatə edir. Onun silindrik və konik qabıqların mexaniki xüsusiyyətlərinin müasir material modelləri və riyazi üsullarla tədqiqinə dair çalışmaları beynəlxalq elmi ədəbiyyatda diqqət çəkir.

Elmi fəaliyyətini Türkiyədə davam etdirən A.Sofiyev İstanbul Ticarət Universitetindəki akademik fəaliyyəti ilə yanaşı, Azərbaycan universitetləri ilə elmi əməkdaşlıq aparır. O, xüsusilə Azərbaycan Memarlıq və İnşaat və Odlar Yurdu universitetləri ilə birgə tədqiqat və akademik layihələr həyata keçirib.

Professor A.Sofiyevin adı daha əvvəl Stanford Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan və “Elsevier” tərəfindən yayımlanan “Dünyanın ən nüfuzlu alimləri” siyahılarında yer alıb.

Onun “Research.com”un 2026-cı il qiymətləndirməsində öz sahəsi üzrə qeyd edilən yerlərdə qərarlaşması uzunmüddətli elmi fəaliyyətinin və Türkiyə-Azərbaycan akademik əməkdaşlığına verdiyi töhfənin göstəricisi kimi dəyərləndirilir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri