Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Qardaş qazax ədəbiyyatının dəyərli nümunəsi

Qardaş qazax ədəbiyyatının dəyərli nümunəsi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Klassik uşaq yazıçısı və pedaqoq, “Ölənlər geri dönməzlər”, “Uşaqlığa yolçuluq”, “Boz təpədə bir qız var” kimi əsərlərin müəllifi, qazax ədəbiyyatının görkəmli nümayəndəsi Berdibek Sokpakbayevin (1924-1992) ötən il 100 illik yubileyi UNESCO-da, TÜRKSOY-da, ayrı-ayrı ölkələrin müəssisə və qurumlarında müxtəlif səviyyələrdə qeyd edildi. Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə yazıçının dünyanın 70-dən çox dilinə tərcümə olunan “Mənim adım Kojadır” povesti Azərbaycan dilinə də çevrildi və Fondun “Türk ədəbiyyatının inciləri” seriyasında çap olundu. Türk uşaq ədəbiyyatının gözəl nümunəsi hesab olunmağa layiq bu əsər həm maraqlı təhkiyəsi, həm məzmun və ideyası, həm maraqlı süjet xəttinə görə böyük dəyərə malikdir. Elə bədii əsərlər var ki, xalqın tarixini tarix kitablarından, coğrafiyasını coğrafiya dərsliklərindən, ernoqrafiyasını, adət-ənənələrini bu sahədəki tədqiqatlardan yaxşı öyrədir. “Mənim adım Kojadır” povesti də belə əsərlərdəndir.

Əsər vasitəsilə qazaxların həyat tərzi, adət-ənənəsi haqqında oxucuda müəyyən təəssürat yaranmış olur. Əsərin qəhrəmanı Kojanın prototipi müəllif özüdür, povestdə baş verən hadisələr onun dilindən verilir. Daha dəqiq desək, əsərin içində Koja əsər yazır, öz həyatını, yaşadığı kəndin həyatını və müşahidələrini qələmə alır, rastlaşdığı hər bir situasiya haqqında onun öz fikri və mülahizəsi, orijinal münasibəti var.

Kojanın arzusu gələcəkdə yazıçı olmaqdır və oxuduğumuz povest onun ilk irihəcmli əsəridir. “Mənim adım Kojadır” 1957-ci ildə yazılıb, elə əsərdəki hadisələr də həmin illərdə, müəllifin də, bizim də Vətənimizin Sovet İmperiyasının tərkibində olduğu vaxtlarda cərəyan edir. Koja çox səmimidir, oxucu üçün özünün portetini, zahiri görkəmini təsvir edir: qaraşın, yerində olmayan, qulağının dibində olmaqla onun yaraşığına bir az da xələl gətirən iri xalı, tikana bənzər saçlarını bərbər Aubəkir qırxmasa, yüz qırx, qırxsa, yüz otuz santimetr boyu var, bir sözlə, dediyinə görə, o, heç də yaraşıqlı deyil. Koja özünün görkəmindən razı olmadığı kimi, adından da razı deyil. O, adından narazılığını azadlığının əlindən alınması kimi qiymətləndirir. Koja düşünür ki, insanlara olan haqsızlıqlardan biri də onun körpəliyindən, çarəsizliyindən, beşikdə səssiz uzanmağından istifadə edib, rəyini nəzərə almadan, fikrini soruşmadan ad verməkləridir. Bəlkə də, qonaqlardan birinin süfrə başında təsadüfən təklif etdiyi adı insan həyatı boyu daşımalı olur. Koja çinlilərin öz uşaqlarına ad qoyması haqqında oxuduğu məqaləni xatırlayır və onların bu əməllərini təqdir edir: “Çində beş və ya altı yaşınadək uşaqlara ad qoymurlar. Ailədə uşağı hərə bir cür çağırır: “ortancıl”, “kiçik”, “sevimli”, “şirin” və s. Uşaq beş yaşına çatdıqdan sonra və ya altı yaşında istədiyi adı özü seçir. Əsl ədalət belə olur! Elə deyilmi?”

Əslində Kojanın soyad sonluğunu da dəyişməsi ədalətsizlikdən xəbər verir. Əvvəllər Kadırulı olan kiçik qəhrəman başqalarından fərqlənməmək üçün milli soyad sonluğunu - “ulı”nı “ov”la əvəzləyib və Kadırov olub. “Manqurt”laşmağın bir elementi - hamı kimi olmaq, heç kimdən fərqlənməməyin təbliğini Çingiz Aytmatovun qazax həmkarı Berdibek Sokpakbayev bu cür ifadə edib.

Əsərdə adıçəkilən qəzet və jurnal adlarının (“Lenin”, “Pioner”), hətta kolxoz adlarının bizim sovet dövründəki mətbu orqanlarımızla, kolxoz adlarımızla eyniyyət təşkil etməsi də eyni çatı altında yaşamağımızdan, eyni yerdən, eyni mərkəzdən eyni ideologiya ilə idarə olunub yönləndirilməyimizin göstəriciləridir.

Qazax yazıçısının İkinci Cahan savaşı haqqındakı təəssüratları bizə göstərir ki, müharibə dünyanın hər yerində müharibədir. Acısı, ağrısı, yaşatdıqları, insanların həyatında qoyduğu qanlı ləpirləri ilə. Dünyanın hər yerində uşaqlar da, qadınlar da müharibəni eyni ağrı ilə yaşayır. Atası müharibədən qayıtmayan uşağın taleyində atasızlıq ömür boyu dərin yarğan və boşluq kimi qalır. Kojanın da atası müharibədən qayıtmayıb. O, nənəsi və anası ilə birlikdə yaşayır və atasız yaşamağın həyatında yaratdığı boşluq haqqında yazır: “Düzü, atamın necə insan olduğunu heç bilmirəm. O, cəbhəyə gedəndə mənim cəmi iki yaşım var idi. İki yaşlı uşaq nəyi başa düşə, nəyi xatırlaya bilər axı? Həmin vaxtdan bəri atamı bir daha heç kim görməyib. O, müharibədən qayıtmadı... Yazıq atam! Kim bilir, indi sağ olsaydın, bəlkə, mən də bir az fərqli olardım”. Kojanın bu daxili monoloqundan sonra bir daha əmin olursan ki, müharibə görən uşaqlar heç vaxt xoşbəxt olmurlar, xoşbəxt olsalar belə. Müharibə sənin ölkənin qalibiyyəti ilə bitsə belə. Silah səsini eşidən uşaq, taleyindən güllə keçən uşaq o güllənin yarası ilə bir ömür yol yoldaşı olur. Müharibə uşaqlarla birlikdə qadınların da həyatında qara səhifələr açır. Övladını itirən analar, qardaşını itirən bacılar, həyat yoldaşlarını itirən xanımlar. Kojanın anası da bu qadınlardandır. Tək qalmaq, ailənin, övladın bütün məsuliyyətini zərif çiyinlərində tək daşımağı onun alnına müharibə yazıb. Üstəgəl, kolxozun qayğıları, o, ilin yarısını ailədən uzaqda keçirməli olur.

Koja dəcəldir, nadincdir, müəllimləri daim ondan şikayətçidir, amma yaramaz deyil. Onun yaylaqdan qayıdanda maşının kabinəsində xəyal qanadlarını taxıb vətəni haqqında, onun dəyərləri haqqında etdiyi sevgi etirafı olduqca maraqlıdır: “Ah, vətən, qazax torpağı! Sənin geniş çöllərini diyardan-diyara yalnız xəyalən dolaşmaq olar! Mən bu əzəmətli dağları, zümrüd çölləri, şəffaf çayları və mavi göy üzündə sakitcə üzən qu tükü kimi yumşaq, ağ buludları - məni əhatə edən hər şeyi, hər şeyi necə də sevirəm! İlahi, bu doğma vətən mənə niyə bu qədər əzizdir?!Mən təbiəti çox sevirəm. Poeziyanı sevirəm. Abayın şeirlərini təkrar-təkrar oxumaqdan doymuram. Kurmanqızı, Dauletkereyi dinləyəndə dünyadakı hər şeyi unuduram. Maxambetin poeziyasını vərəqləyəndə onun hər sözündə minlərlə at nalının taqqıltısını, qılınc və nizələrin cingiltisini eşidirəm. Sənin qarşında baş əyirəm, doğma yurdum! Bu böyük insanlar da burada doğulub yaşayıblar...”

Belə düşüncəyə malik uşaq yaramaz ola bilməzdi. O, milli kimiyini tanıyır, onu uca tuta bilən dəyərlərə hörməti böyükdür. Yazıçı, Kojanın bu daxili monoloqu ilə həm də vətəninin dəyərlərini, gözəlliklərini ifadə edib.

Ümumiyyətlə, Berdibek Sokpakbayevin əsərdə xüsusilə sətiraltı olaraq oxucuya çatdırmaq istədiyi mesajlar çoxdur. Məsələn, Koja dəhlizdən keçərkən qapısı açıq olan sinif otağından tarix müəllimi Ospanovun təsadüfən səsini eşidir. Dərsi izah edən müəllim: “Bərabərlik əldə etmək və milli ləyaqətini qorumaq istəyən xırda xalqlar hər şeydən əvvəl birləşməlidirlər. Əks halda, hiyləgər imperialistlər onlara ağızlarını açmağa imkan verməyəcək”.

Vətəni imperiya tərkibində əziyyət çəkən yazıçı, görünür, həm də SSRİ tərkibindəki türk xalqlarının birləşməsi ideyasına işarə vururdu. Bu gün Berdibek Sokpakbayev kimi neçə-neçə türk aydın və ziyalılarının arzusu gerçək olub. Böyük türk dünyasının uşaqları öz milli kimliklərini tanıyaraq, öz soyadlarını dəyişmək məcburiyyəti olmadan, “türkəm” deməkdən çəkinməyərək yaşaya bilirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri