Icma.az
close
up
RU
Professor: Həkim stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır

Professor: Həkim stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar TƏBİB-lə dövlət tibb müəssisələrində işləyən həkim-stomatoloqlar arasında gərginlik yaşanır. TƏBİB-in həkim-stomatoloqlardan qeyri-rəsmi olaraq müəyyən məbləğ tələb etməsi, əgər bu məbləğ ödənilməsə, onları işdən azad etməklə hədələməsi gündəmin əsas mövzularından biridir. 

Dünən bir qrup stomatoloq yeni tələb və qaydaların yaratdığı sualları aydınlaşdırmaq üçün qurumun binasında toplaşıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) rəsmiləri ilə narazı stomatoloqlar arasında aparılan danışıqlar müsbət nəticə ilə bitib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Üzeyir Seyidzadə jurnalistlərə açıqlamasında stomatoloqların etirazına səbəb olan məsələlərə TƏBİB nümayəndələri tərəfindən aydınlıq gətirildiyini bildirib: “Bizə bölgələrdə rəhbərlik tərəfindən səhv məlumat verilmişdi. Və bu da bizim etirazımıza səbəb olmuşdu. Deyilmişdi ki, bölgələrdə aylıq 1200 manat pul ödənilməlidir. Biz də 40-a yaxın həkim bu məsələni aydınlaşdırmaq üçün TƏBİB-ə gəldik. Bizi çox yaxşı qarşıladılar, müavinlər burada idilər, danışıqlarımız da xoş keçdi. 40-a yaxın həkimin hər birini dinlədilər.

Şəxsən mən bir bölgə həkimi olaraq aylıq 1200 manatı ödəyə bilmərəm. Təchizatımız yoxdur. Onlar da söz verdilər ki, hər şey qarşılanacaq. Məlum oldu ki, söhbət 1200, 1800 manatdan getmirmiş. Məsələ bu imiş ki, həkimlər minimum da olsa işləməlidirlər ki, TƏBİB onları saxlaya bilsin. Onların mübarizəsi pasiyenti, xəstəsi olmayan həkimlərlədir. TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burada məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.

Hacıqabul Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Taleh Ağamalıyev də jurnalistlərə açıqlamasında eyni şeyi deyib.

“Hacıqabul Mərkəzi Xəstəxanasının stomatoloqları adından çıxış edirəm. Vətən müharibəsində öndə olan həkimlərdən biriyəm. Dövlətim bu günə qədər hər şeyi qarşılayıb. Bu gün TƏBİB-in rəhbər heyəti bizi qarşıladı. Araz və Anar müəllimə təşəkkür edirəm. Real vəziyyəti bizə izah etdilər. Bir həkim gün ərzində 10 xəstə qəbul edir. Ancaq bir-iki xəstəni qeyd edir. Bir xəstədən 5 manat alırıq. Məsələ budur. Stomatoloq ay ərzində 50 xəstə qəbul edir, onun ikisini qeydiyyatdan keçirirsə, belə olmaz. Hər kəs bütün xəstələrini qeydiyyatdan keçirməlidir.

Bəzi həkimlər bunu etmədiyi üçün bu qərar verilib. İşləməyənlər ay ərzində iki xəstə qəbul edir. Bunun üçün tədbir görüləcəyi deyildi. Bildirdilər ki, məqsəd həkimlərin düzgün işləməyini təmin etməkdir. TƏBİB bizə dedi ki, aylıq 1200-1800 manatlıq tələb məsələsi yoxdur”.


Professor Adil Qeybulla "Sherg.az"a açıqlamasında bildirib ki, belə bir vəziyyətin olması olduqca narahatedici və qanunsuzdur. Onun sözlərinə görə, dövlət tibb müəssisələrində çalışan həkim-stomatoloqlardan qeyri-rəsmi məbləğlərin tələb olunması həm qanunvericiliyə, həm də etik norma və prinsiplərə ziddir. Bu cür spontan və “töycü” xarakterli tələblər dövlət müəssisələrində çalışan həkimlər üçün qəbuledilməzdir və biabırçılıqdır. Onun fikrincə, dövlət xəstəxanalarında stomatoloji xidmətlər pulsuz olmalıdır, yəni burada əlavə, qeyri-rəsmi ödənişlərin tələb olunması qanuna və etik normalara ziddir.

A.Qeybulla vurğulayıb ki, özəl sektorda fəaliyyət göstərən stomatoloqlar vergi ödəyicisi kimi müəyyən standartlara uyğun işləməlidir: 

seeBaxış sayı:273
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri