Professor Müzəffər Şəkər: “Qardaşlığımızın və dostluğumuzun nümayişi olaraq Bakıdayıq”
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AMEA-nın 80 illik yubileyi, şübhəsiz ki, bizi çox sevindirdi. Bu tədbirin ilk mərhələsini Türkiyədə, Ankara Universitetində keçirdik. AMEA prezidenti akademik İsa Həbibbəyli də bu yubiley tədbirimizdə iştirak etdi. Onun iştirakı zamanı Azərbaycan və Türkiyə arasında elmi, mədəni və tarixi əlaqələrin təməli və möhkəmliyi barədə razılığa gəlindi və çox yaxşı məruzələr təqdim edildi. İndi bu qardaşlığın və dostluğun davamının nümayişi olaraq buradayıq. Burada, Akademiyanın Bakıda keçirilən 80 illik yubiley tədbirlərində iştirak edirik.
Bu sözləri AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər deyib.
“Qarşılıqlı elmi fikirlər, düşüncələr, birgəlik hər zaman böyük uğurlara imza atmış olur. Biz bir ananın iki övladıyıq. Biz, iki dövlət, bir millət olaraq ürəkdən ürəyə, arxa-arxaya, həmrəylik içində birlikdə irəliləyirik. Akademiyalarımız da eyni şəkildədir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Sizin bayramınız, bizim bayramımızdır. Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və alimlərini 80 illik yubiley münasibəti ilə təbrik edir, elm yolunda daha böyük uğurlara və nailiyyətlərə imza atmağı arzulayırıq! Bayramımız mübarək!”, - deyə Müzəffər Şəkər vurğulayıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 05 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















