Icma.az
close
up
RU
Prokuror Hüseyn Abdullayevə yenidən cəza istədi

Prokuror Hüseyn Abdullayevə yenidən cəza istədi

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən "Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayevin Prezident İlham Əliyevə müraciət etdiyi məlum olub.

Məhkəmə istintaqı yeniləndiyi üçün müraciət məhkəmədə elan olunub.

Hüseyn Abdullayev dövlət başçısına göndərdiyi müraciətdə səhhətindəki problemləri, həbsxana divarlarında çəkdiyi əziyyəti və yaşlı anasının düşdüyü durumdan bəhs edib.

"Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub. Sonradan Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməyim və altı il dörd divar arasında yaşamağım həyatımın ən ağır dönəmlərindən olub.

Ötən müddət ərzində anam düşdüyüm bu duruma görə ağır xəstəliklərə düçar oldu. Özümün sağlamlığım demək olar ki, tam əldən gedib. Mən həyatımı şüurlu şəkildə Ulu Öndər Heydər Əliyevə xidmətə həsr etmişəm. Ondan sonrakı dönəmlərdə də mən fəaliyyətinizə kölgə salan şəxslərə qarşı mübarizə aparmaqla hesab edirdim ki, sizə xidmət etmiş oluram. Lakin bəzi insanların fitnəkarlığı nəticəsində mənim düşmən obrazım yaradıldı və bu acı tale ilə yaşamağa məcbur oldum. Sizə müraciətimdə məqsədim səhhətimdə yaranmış qarşısıalınmaz problemləri və yaşlı anamın düşdüyü durumdan xilas edilməsini sizə çatdırmaqdır. Mənim sağlamlığımı, bu günə qədər çəkdiyim əzabları, həbsxana divarlarında çəkdiyim illəri nəzərə alaraq anama qovuşmağıma kömək etməyinizi sizdən xahiş edirəm" - müraciətdə deyilir.

Hüseyn Abdullayev qeyd edilən səbəblərdən və cinayət işi üzrə özünü təqsirli bilmədiyindən həbsdən azad olunmasını xahiş edib.

Dövlət ittihamçısı həmin müraciətlə bağlı təqsirləndirilən şəxsə suallar verib. Sualları cavablandıran təqsirləndirilən şəxs özünü təqsirli bilməyib:

"Mən özümü təqsirli bilmirəm. Mənim günahım yoxdur. Qanunsuz iş görməmişəm. Başqa nə deyim axı? Dövlətimizə də hər zaman sadiq olmuşam. Əlavə heç nə demək istəmirəm".

Məhkəmə istintaqının yenidən yekunlaşdırııması ilə bağlı qərar qəbul edilib.

Daha sonra yenidən çıxış edən prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Növbəti proses fevralın 13-də davam edəcək.

Qeyd edək ki, soncu məhkəmə iclaslarından birində çıxış edən dövlət ittihamçısı Hüseyn Abdullayev 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif etmişdi.

İttihama görə, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.
Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hakim Abdullayevin nəzərinə çatdırıb ki, təqsirli bilinərsə, 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

İttihama münasibət bildirən Hüseyn Abdullayev özünü təqsirli bilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 30 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see277

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see236

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see219

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see218

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see215

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see212

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see211

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see208

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see207

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see206

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see204

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see203

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see200

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see198

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see195

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see195

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see190

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri