Prokurorluq orqanlarında çalışan şəxslərin pensiya yaşı dəyişdirilir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Bildirilib ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 İyun 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















