Prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılıb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
"2025-ci il prokurorluq işçiləri üçün də əlamətdar bir il olub, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən də geniş və məqsədyönlü fəaliyyət həyata keçirilib".
Newscenter.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimində deyib.
Baş prokuror bildirib ki, eyni zamanda prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılıb.
"Baş Prokurorluğun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin — GlobE Network-un Altıncı Plenar İclasının ölkəmizdə keçirilməsi Azərbaycanın korrupsiyaya qarşı mübarizədə etibarlı və fəal tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirdi. Bu tədbir Azərbaycan prokurorluğunun beynəlxalq hüquqi əməkdaşlıq sahəsində artan rolunu, qabaqcıl təcrübələrin paylaşılmasına və qlobal təşəbbüslərə töhfə vermək potensialını açıq şəkildə ortaya qoydu. Qeyd edilən tədbirdə 90-dan çox ölkədən 300-dən artıq nümayəndəsi iştirak edtdi" - deyə baş prokuror qeyd edib.
K. Əliyevin sözlərinə görə, dekabrın 2-də Baş Prokurorluğun nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirakı korrupsiyaya qarşı mübarizədə müasir yanaşmaların, analitik alətlərin və məlumat əsaslı mexanizmlərin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edib: "Bu konfrans çərçivəsində aparılan müzakirələr prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın və effektivliyin artırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsinə imkan yaratdı.
Eyni zamanda dekabr ayında Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyətinin Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirakı Azərbaycanın bu sahədə qlobal səylərə verdiyi töhfənin davamlı xarakter daşıdığını göstərdi. Bu platforma ölkəmizin hüquqi mövqeyinin, milli antikorrupsiya siyasətinin və institusional təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyətə malikdir".
K. Əliyevin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib:
"Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən Dövlət Proqramları və digər çoxsaylı tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynamış, paytaxt və rayonlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə qabaqcıl infrastrukturun yaradılması gəncliyin uğurlu gələcəyinə hesablanıb.
Bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub".
Süleyman
Bu mövzuda digər xəbərlər:Prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığı genişlənir
18 Dekabr 2025 09:51
AzərbaycanNATO əlaqələrinin inkişafı müzakirə olunub
05 Dekabr 2024 13:41
AzərbaycanNATO əlaqələrinin inkişafı müzakirə edildi
05 Dekabr 2024 14:06
AzərbaycanNATO əlaqələrinin inkişafı müzakirə edilib
05 Dekabr 2024 14:26
Baxış sayı:49
Bu xəbər 13 Yanvar 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















