Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi: Bağlı qalan qəsdən adam öldürmə faktı yoxdur
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qəsdən adam öldürmə cinayətlərinin sayında azalma müşahidə olunur".
Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib.
"Bu ilin birinci yarımili başa çatmaq üzrədir və bu müddət ərzində bağlı qalan qəsdən adam öldürmə faktı yoxdur. Əgər 2024-cü ilin ilk altı ayı ərzində 63 qəsdən adam öldürmə cinayəti törədilmişdisə, 2025-ci ilin bu gününə olan məlumata görə, bu rəqəm 49-dur. Bu isə o deməkdir ki, qəsdən adam öldürmə cinayətlərinin sayının azalması, həmin cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasının isə artımı müşahidə olunur", - deyə F.Həsənəliyev bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















