Icma.az
close
up
RU
Psixi xəstəliklər insanların seçimlərinə necə təsir edir? ABŞ və BÖYÜK BRİTANİYA ALİMLƏRİNDƏN ARAŞDIRMA

Psixi xəstəliklər insanların seçimlərinə necə təsir edir? ABŞ və BÖYÜK BRİTANİYA ALİMLƏRİNDƏN ARAŞDIRMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlərin apardığı yeni araşdırmalar peşə seçimlərinin psixi və ruhi xəstəliklərə genetik meyllərlə əlaqəsini ortaya qoyub. Müəllimlər, polislər, avtobus sürücüləri, sənətçilər və digər peşə sahibləri arasında müəyyən xəstəliklərə daha yüksək risk olduğu müəyyən edilib.

Avtosfer.az xəbər verir ki, alimlər Böyük Britaniya və ABŞ-dən 421 899 insanın məlumatlarını analiz ediblər. Araşdırma genetik meyllərin insanların karyera seçimlərinə təsir göstərə biləcəyini üzə çıxarıb. DƏHD (Diqqət Əskikliyi və Hiperaktivlik Dağınıqlığı), autizm, depressiya və şizofreniya kimi xəstəliklərin genetik risklərinin peşələrə görə fərqləndiyi müşahidə edilib.

Tədqiqat nəticələrinə görə, incəsənət və dizayn sahəsində çalışanlar anoreksiya, autizm, bipolyar pozğunluq, şizofreniya və depressiya kimi ruhi xəstəliklərə daha çox meyilli olurlar. Digər tərəfdən, kompüter sahəsində işləyən şəxslərdə autizmə genetik meyllilik yüksək olsa da depressiya və DƏHD riskinin daha az olduğu müşahidə edilib.

Araşdırmada müəllimlərin DƏHD və anoreksiya əlamətlərini digər peşə qruplarına nisbətən daha çox göstərdiyi aşkar edilib. Depressiyaya genetik meyl isə sosial iş sahəsində çalışanlarda daha yüksəkdir.

Kənd təsərrüfatı, balıqçılıq və odunçuluq: Bu sahələrdə çalışanlarda DƏHD riskinin daha yüksək olduğu müəyyən edilib.

Təmizlik, nəqliyyat və aşpazlıq sektoru: Təmizlik işçiləri, aşpazlar, ofisiantlar, polislər, avtobus sürücüləri və bərbərlərdə DƏHD əlamətləri üstünlük təşkil edir.

Tədqiqat göstərib ki, Diqqət Əskikliyi və Hiperaktivlik Dağınıqlığa genetik meylliliyi olan şəxslərin memarlıq, texnologiya, hüquq və səhiyyə kimi sahələrdə çalışmaq ehtimalı daha azdır. Doktor Georgios Voloudakis bu vəziyyətin fərdlərin şüurlu seçimi olmadığını, genetik meyllərin təhsildə müvəffəqiyyətə təsir etməsi nəticəsində dolayı yolla peşə seçimlərinə təsir etdiyini bildirib.

"Təhsil sistemindəki qərəzlər DƏHD-yə genetik meyilliliyi olan şəxslərə qeyri-mütənasib şəkildə təsir edə bilər" – deyə, Voloudakis vurğulayıb.

Araşdırma nəticələri göstərir ki, genetik faktorlar peşə seçimlərinə digər amillərlə müqayisədə yalnız cüzi təsir göstərir (təxminən 0,5%). Yaş, cins və təhsil kimi faktorların isə daha önəmli olduğu qeyd edilib.

Alimlər, müəyyən populyasiyalarda genetik meyllərin davam etməsinin səbəblərini araşdırmaq üçün yeni tədqiqatlar aparmağı planlaşdırır. "Bu genetik variasiyaların müəyyən hallarda faydalı olub-olmadığını araşdırmaq, onların niyə populyasiyalarda qalmağa davam etdiyini anlamağa kömək edə bilər," – deyə Doktor Voloudakis əlavə edib.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri